Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdünün təsis
edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun
olaraq
QƏRARA ALIRAM:
Azərbaycan Respublikasında şərqşünaslıq elminin
inkişafındakı xidmətlərinə görə Vasim Məmmədəli oğlu
Məmmədəliyevə Azərbaycan Respublikası Prezidentinin
fərdi təqaüdü verilsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 avqust 2012-ci il |