Praqada
şahmat üzrə Avropa çempionatı davam edir. Azərbaycan
təmsilçisi Abdulla Qədimbəyli 10 yaşınadək şahmatçıların
turnirində uğurla çıxış edir. O, beşinci turda
bolqarıstanlı Martin Vasilevi məğlubiyyətə uğratmışdır.
Abdulla 5 xalla 3-cü yerdə qərarlaşmışdır.
Zaur Məmmədov (18 yaşınadək) 4 xalla 4-cü yerdədir.
Qızların turnirində iştirak edən Mələk İsmayılın (8
yaşınadək) da 4 xalı vardır, lakin o, 3-cü yerdədir. |