Gədəbəy rayonunda ümumi orta təhsil səviyyəsində yeni
fənn kurikulumlarının tətbiqi ilə bağlı Azərbaycan dili
və ədəbiyyat müəllimləri üçün təlim kursları keçirilib.
Rayon təhsil şöbəsindən aldığımız məlumata görə,
kurslarda yeni tədris ilində V siniflərdə dərs deyəcək
70 müəllim iştirak edib.
Şəhər 1 nömrəli və Kiçik Qaramurad kənd tam orta
məktəblərində yaradılmış 2 mərkəzdə 4 qrup üzrə avqustun
6-dan 17-dək keçirilmiş kurslarda məşğələləri Təlim və
İnkişaf Mərkəzinin əməkdaşları aparıblar.
Kursun sonunda keçirilmiş test imtahanının nəticələrinə
əsasən müdavimlərə I və II dərəcəli sertifikatlar təqdim
olunub.
Y.ƏLİYEV |