Mingəçevir Şəhər Təhsil Şöbəsindən aldığımız məlumata
görə, Mingəçevir şəhərində məktəblərin əsaslı təmiri
sürətlə davam etdirilir.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin sifarişi ilə şəhər
3 nömrəli tam orta məktəb üçün 20 sinif otağından
ibarət yeni tədris korpusu inşa olunur. 450 şagird
yerlik ikimərtəbəli binada hörgü və suvaq işləri başa
çatdırılmış, dam örtüyü vurulub.
Hazırda binanın daxilində və fasad hissəsində rəngləmə
işləri görülür.
Bundan əlavə, 11 nömrəli tam orta məktəbin əsaslı
təmiri isə sürətlə davam etdirilir. Təhsil ocaqları yeni
dərs ilində istifadəyə veriləcəkdir.
Şəhərin digər məktəblərində də yeni dərs ilinə
hazırlıqla əlaqədar cari təmir işləri aparılmışdır.
Şakir CƏFƏROV |