Masallı Rayon Təhsil Şöbəsinin müdir müavini Tariyel
Əkbərovdan aldığımız məlumatda bildirilir ki, rayonda
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na
uyğun olaraq dövlət vəsaiti ilə inşa edilən beş təhsil
ocağı istifadəyə veriləcəkdir.
2011-ci ildə tikintisinə başlanılan 360 şagird yerlik
Qodman, Sıgıncaq və Köçəkli, 80 şagird yerlik Dəmirçi
və Ərəb kənd məktəblərində yeni binaların inşası başa
çatmaq üzrədir.
Eyni zamanda Mollaoba, Böyük Xocavar, Binə Xocavar,
Eminli kənd tam orta məktəblərində və Ləngan kənd
ibtidai məktəbində cari təmir işləri aparılmışdır. |