Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
avqustun 11-də XXX London Yay Olimpiya Oyunlarında
inamlı qələbə qazanaraq qızıl medallar almaları
münasibətilə sərbəst güləşçilərimiz Toğrul Əsgərovu,
Şərif Şərifovu, məşqçilər Saypulla Absaidovu və Firdovsi
Umudovu təbrik etmişdir.
Dövlətimizin başçısı Azərbaycanın idman şərəfini
layiqincə qoruyaraq əldə etdikləri böyük nailiyyəti
yüksək qiymətləndirmiş, idmançılarımıza və onların
məşqçilərinə yeni qələbələr arzulamışdır. |