Almaniyanın Göte İnstitutunun Frankfurt şəhərində
keçirilən növbəti ənənəvi beynəlxalq alman dili
olimpiadasına yekun vurulmuşdur. Dünyanın 50 ölkəsindən
100-dək məktəblinin iştirak etdiyi bu mötəbər yarışmada
ölkəmizi Bakıdakı 18 nömrəli tam orta məktəbin şagirdi
Sevil Dəmirli təmsil etmiş və dil kateqoriyası üzrə
olimpiada birincisi olmuşdur. İki həftə davam edən
olimpiada zamanı iştirakçılar divar qəzetləri
hazırlamış, qrupda təqdimatlar təşkil etmiş,
viktorinalarda yarışmışlar.
Beynəlxalq alman dili olimpiadasının şərtlərinə görə,
onun iştirakçıları əvvəlcə öz ölkələrində təşkil olunan
müsabiqədən keçməlidirlər. Həmin müsabiqədə onların dil
bilikləri ilə yanaşı, qrupda işləmək bacarıqları da
qiymətləndirilir.
Y.ƏLİYEV |