Abşeron Rayon Təhsil Şöbəsi metodkabinetinin müdiri
Məhərrəm Paşayevdən aldığımız məlumatda bildirilir ki,
respublikamızın bütün regionlarında olduğu kimi, Abşeron
rayon ümumtəhsil məktəblərinin V siniflərində dərs
deyəcək müəllimlər üçün yeni fənn kurikulumlarının
tətbiqi ilə əlaqədar təlim kursları keçirilir. Bu
kursların səmərəli təşkili üçün rayonda texniki
avadanlıqlarla təchiz edilmiş məktəblərdə 2 təlim
mərkəzi yaradılıb.
Təlim kurslarının başa çatmış I mərhələsi fiziki tərbiyə
fənni üzrə "İdrak" məktəb-liseyi, həyat bilgisi və
riyaziyyat fənləri isə "Mədəd" Azərbaycan təşkilatı
tərəfindən keçirilib. Ümumilikdə Abşeron rayonu üzrə 496
müəllim 10-a yaxın fənn üzrə təlim kurslarından
keçməlidir. Kurikulumun tətbiqi ilə əlaqədar aparılan bu
təlim kurslarının II mərhələsi 30 iyul - 9 avqust, III
mərhələsi isə 13-23 avqust tarixlərində rayonun 2
nömrəli tam orta məktəbində keçiriləcəkdir.
Əli MƏMMƏDOV,
BDU-nun jurnalistika fakültəsinin I kurs tələbəsi |