Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

3 Avqsut 2012 - №30

 

Zahid İsa oğlu Hüseynov

 

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan dekorativ - tətbiqi sənətinin tanınmış nümayəndəsi, əməkdar rəssam, Azərbaycan Rəssamlıq Akademiyasının Dekorativ-tətbiqi sənət  kafedrasının müdiri, professor  Zahid İsa oğlu Hüseynov 2012-ci il iyulun 27-də  ömrünün 67-ci ilində  qəflətən vəfat etmişdir.

Zahid İsa oğlu Hüseynov 20 mart 1945-ci ildə Gürcüstanın Qaraçöp mahalında anadan olmuşdur. O, 1970-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını monumental keramika ixtisası üzrə bitirmişdir.

Z.Hüseynov 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adına layiq görülmüş, Gürcüstan Respublikasının "Şərəf" ordeni ilə təltif edilmişdir. O, 1975-ci ildən SSRİ  və Azərbaycan Rəssamlar İttifaqının üzvü, 1998-ci ildən isə Gürcüstan Rəssamlar İttifaqının fəxri üzvü idi.

Ömrünün 42  ilini monumental keramika sənətinin  inkişafına və təbliğinə həsr etmiş Zahid Hüseynov mövzu baxımından çoxsaylı maraqlı əsərlər yaratmışdır.   O, bir çox beynəlxalq, ümumittifaq və respublika sərgilərinin, simpoziumlarının iştirakçısı və qalibi olmuşdur. 1998-ci ildə Tbilisidə keçirilən keramika üzrə I Beynəlxalq simpoziumda Zahid Hüseynovun  "Əsrin müqaviləsi" əsəri qızıl medala layiq görülmüşdür.  Rəssamın yaratdığı  monumental və  keramika nümunələri Azərbaycan, Gürcüstan, Rusiya, Latviya, Litva, Türkiyə, Rumıniya, Çexiya, Macarıstan, Almaniya, İtaliya və s. ölkələrdə uğurla nümayiş etdirilmişdir. Onun əsərləri müasirliyi, milli  koloriti, ənənələri  özündə əks etdirməklə aktuallığı ilə seçilir.

Zahid Hüseynovun  yaratdığı monumental divar rəsmlərini  həm ölkəmizdə - Naftalan, Zuqulba, Yardımlı, Lənkəran, Astara, Ağcabədi və Cəbrayılda, həm də ölkəmizdən uzaqlarda  - Moskva və Çernobılda görmək olar. Doğulduğu torpağın   və xalqının vətənpərvər  oğlu olan  Z.Hüseynovun  Gürcüstanda (Qaraçöp) ucaldılmış  "Tbilisi, 9 aprel 1989 -  Bakı, 20 yanvar 1990-cı il" monumental əsəri hər iki xalqın ümumi dərdini, tarixi  faciəsini əks etdirir. Bu əsərə görə Z.Hüseynov Gürcüstan Respublikasının ən yüksək dövlət  mükafatı ilə təltif edilmişdir.

Azərbaycan dekorativ-tətbiqi sənət məktəbinin inkişafında özünəməxsus yeri olan Zahid Hüseynov sənətkarlıqla pedaqoji fəaliyyəti uğurla əlaqələndirən rəssamlardan biri idi. Ömrünün 40 ildən artıq dövrünü ali məktəblə bağlayan Z.Hüseynov uzun müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, 2000-ci ildən isə Azərbaycan Rəssamlıq Akademiyasında öz zəngin təcrübə və bacarığını gənc rəssamlar nəslinin yetişdirilməsinə sərf etmişdir.

Bu müddət ərzində onlarca tələbə yetişdirmişdir ki, onların da əksəriyyəti Azərbaycan Rəssamlar İttifaqının üzvü, beynəlxalq və respublika sərgilərinin iştirakçısı, bəziləri isə elmlər namizədi, respublikanın xalq və əməkdar rəssamlarıdır.

Zahid Hüseynov  ölkəmizin  mədəni və ictimai həyatında fəal iştirak etmiş, müxtəlif yaradıcı qurumlarda yüksək səviyyədə təmsil olunmuşdur.

Tanınmış sənətkar, qayğıkeş müəllim və gözəl insan Zahid İsa oğlu Hüseynovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin! 

Azərbaycan Rəssamlıq Akademiyasının kollektivi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov