Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 İyul 2012 - №29

 

Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin məzunlarına peşə diplomları təqdim olunub

 

Bu günlərdə Qəbələ şəhərində "Qafqaz Resort" hotelinin konfrans zalında 2009-cu ilin sentyabrından fəaliyyətə başlayan Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin 3-cü buraxılış məzunlarına  diplomların  təqdimetmə mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan  mərkəzin direktoru  Eyvaz Kazımov qeyd edib ki,  zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Bu gün ölkəmizdə turizmin inkişafı üçün geniş imkanlar mövcuddur. Tədris mərkəzinin 3 illik fəaliyyəti barədə geniş məlumat verən E.Kazımov qeyd edib ki, müəssisənin əsas məqsəd və vəzifələrindən biri turizm sektoru üçün peşəkar kadrların hazırlanmasından ibarətdir. Bu məqsədə yüksək səviyyədə nail olmaq üçün turizm obyektləri ilə sistemli şəkildə iş aparılır, xarici dövlətlərin təcrübələri yaxından öyrənilir. Diqqətə çatdırıldı ki, bu gün mərkəzin 136 nəfər məzunu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilən peşələrinə uyğun diplomlara sahib olacaq.

"Qafqaz Resort" hotelin icraçı meneceri Ali Çaylaq çıxış edərək tədris mərkəzində əldə edilən  nailiyyətlər, məzunların iş yerlərində qazandığı uğurlar barədə danışıb. O, Azərbaycan Respublikasında, o cümlədən Qəbələdə turizmin sürətli inkişafından bəhs etdi.  Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin məhz turizm sektoru üçün mütəxəssislər hazırladığı bildirilib.

Tədbirdə çıxış edən "Qafqaz River-Side" hotelinin icraçı direktoru Atilla Çetinbaş, Qəbələ Rayon İcra Hakimiyyətinin təhsil, səhiyyə və mədəniyyət şöbəsinin müdiri Ətayə Osmanova  turizmin Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini və bu sektorda çalışanların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd ediblər. Diqqətə çatdırılıb ki, "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi və turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin edilməsi üçün hazırlanmışdır.   

Sonra Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin məzunlarına diplomlar təqdim olunub. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov