Lənkəran Dövlət Universitetində Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələrindən biri, dramaturgiyamızın
banisi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200
illik yubileyinə həsr olunmuş elmi konfrans
kecirilmişdir.
Tədbiri universitetin rektoru, fizika-riyaziyyat elmləri
doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov
açaraq yubileylə əlaqədar ali məktəbdə görülmüş hazırlıq
işlərindən danışmışdır.
Universitetin dil və ədəbiyyat kafedrasının dosenti,
filologiya elmləri üzrə fəlsəfə doktoru Mirhüseyn Abbas
"M.F.Axundzadənin həyat və yaradıcılığı" mövzusunda
məruzə etmişdir.
LDU-nun müəllimlərindən filologiya elmləri üzrə fəlsəfə
doktoru, Prezident təqaüdçüsü Hacı Mirhaşım Talışlı
"M.F.Axundzadənin dini-fəlsəfi görüşləri", tarix elmləri
üzrə fəlsəfə doktoru Əliağa Baxşıyev "M.F.Axundzadənin
tarixi görüşləri", baş müəllim Qabil Əmənüllayev
"M.F.Axundzadənin dramaturgiyası", Zülfiyyə Ağayeva
"M.F.Axundzadə rus ədəbiyyatşünaslığında", Lənkəran
rayonu Yuxarı Nüvədi kənd tam orta məktəbinin
dil-ədəbiyyat müəllimi Ağabanu Məmmədova
"M.F.Axundzadənin tərcüməçilik fəaliyyəti", Boladi kənd
tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Yalçın
Heydərov "M.F.Axundzadənin realist nəsri", magistrant
Vüsalə Axundova "M.F.Axundzadə yaradıcılığı Avropada"
mövzularında çıxışlar etmişlər.
Sonra tələbələrin iştirakı ilə ingilis dilində
M.F.Axundzadənin "Hacı Qara" əsərindən parçalar
göstərildi.
Tədbirin sonunda konfrans iştirakçıları universitet
Elmi kitabxanasının M.F.Axundzadənin 200 illiyi ilə
əlaqədar təşkil etdiyi kitab sərgisinə baxmışlar.
Hacı Etibar ƏHƏDOV,
LDU-nun Mətbuat və informasiya mərkəzinin rəhbəri
|