Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 İyul 2012 - №29

 

Vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar keçirilir

 

Artıq bir neçə gündür ki, 2012-2013-cü tədris ili üzrə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı imtahanların keçirilməsinə başlanıb. Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində aparılan imtahanlarda müvafiq reqlamentə uyğun olaraq namizədlərə 35 sual təklif olunur və onlar 1 saat ərzində həmin sualları cavablandırırlar. İmtahan bitəndən sonra toplanan bal kompüterdə göstərilir və namizədlər öz nəticələrini dərhal öyrənə bilirlər.  Fənn üzrə imtahan başa çatan kimi proqram təminatı vasitəsilə yerləşdirmə aparılır və hər bir namizədin "Şəxsi elektron səhifəsi"nə məlumat göndərilir. 

İyulun 23-də keçirilmiş ilk imtahanlarda fiziki tərbiyə müəllimi və gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifələrinə işə qəbul olunmaq istəyənlər mübarizə  aparıblar. İmtahanların nəticələrinə əsasən 110 nəfər fiziki tərbiyə müəllimi, 39 nəfər isə gənclərin çağırışaqədərki hazırlığı rəhbəri işə qəbul olunub.

İyulun 24-də keçirilmiş imtahanlarda rus dili və ədəbiyyatı, rus dili, fransız dili, alman dili, musiqi və nəğmə, əmək hazırlığı, təsviri incəsənət və rəsmxət müəllimi işləmək istəyənlər öz qüvvələrini sınayıblar. Həmin ixtisaslar üzrə bütövlükdə 179 vakant yerə qarşı 530-dan çox müəllim imtahan verib. İmtahanların nəticələrinə görə 4 nəfər rus dili və ədəbiyyatı, 14 nəfər rus dili, 11 nəfər alman dili, 10 nəfər fransız dili, 14 nəfər musiqi və nəğmə, 40 nəfər əmək hazırlığı, 11 nəfər isə təsviri incəsənət və rəsmxət müəllimi vəzifələrinə işə qəbul olunub.

Coğrafiya üzrə imtahanlar iyulun 25-də keçirilib. Müsabiqədə 646 namizəd iştirak edib. Onlardan 188 nəfəri işləmək imkanı əldə edib. Dünən isə namizədlər fizika fənni üzrə imtahan veriblər.

Xatırladaq ki, müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, üçmərhələli müsabiqə yolu ilə həyata keçirilir. İyulun 1-dən 15-dək davam edən I mərhələdə ölkə üzrə 3270 vakant yerə 16 min 195 nəfər iddiaçı ərizə verib. Ərizə verənlərin təhsil və nailiyyət göstəricilərinin müəyyənləşdirilmiş meyarlar üzrə qiymətləndirilməsi nəticəsində 15 min 467 nəfərin elektron ərizəsi təsdiq edilərək müsabiqənin növbəti II mərhələsinə buraxılıb.

Müsabiqənin hazırda davam etməkdə olan  II mərhələsində imtahan verənlər  arasında ibtidai sinif müəllimi işləmək istəyənlər daha çoxdur. Elektron ərizəsi təsdiq olunmuş 3764 ibtidai sinif müəllimi 143 vakant yerə iddiaçıdır. Namizədlərin 2731 nəfəri ingilis dili, 2160 nəfəri Azərbaycan dili və ədəbiyyat, 1483 nəfəri riyaziyyat, 1112 nəfəri tarix müəllimləridir. Onlar təmsil etdikləri fənlər üzrə müvafiq olaraq 247, 337, 271 və 260 vakant yer uğrunda mübarizə aparırlar.

Qeyd edək ki, müsabiqənin ikinci mərhələsi, yəni müəllimlərin işə qəbul imtahanları avqustun sonunadək davam edəcək.  

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov