Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 İyul 2012 - №29

 

Gənc alimlərin ikinci respublika innovativ ideya yarmarkasının açılışı olub

 

İyulun 25-də "Hilton-Baku" otelində gənc alimlərin ikinci respublika innovativ ideya yarmarkasının açılışı olmuşdur.

AzərTAc xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzi və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirin açılışında dövlət qurumlarının nümayəndələri, gənc alim və tədqiqatçılar iştirak etmişlər.

EİF-nin icraçı direktoru Elçin Babayev ölkəmizdə elmin inkişafı üzrə dövlət siyasətindən, gənc alimlərə göstərilən diqqət və qayğıdan danışmışdır. Bildirilmişdir ki, Azərbaycan gəncliyi daim dövlətin diqqət mərkəzindədir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial, siyasi, mənəvi inkişafının tərkib hissəsidir və gənclərin Azərbaycanın inkişafında özlərinə layiqli yer tutmaları üçün dövlətimiz əlindən gələni edir. E.Babayev gənclərə onlara göstərilən etimadı doğrultmağı, Vətənimizin, xalqımızın rifahı, xoşbəxt gələcəyi üçün çalışmağı tövsiyə etmişdir.

Gənc alimlərin respublika innovativ ideya yarmarkasının artıq ikinci dəfə keçirildiyini diqqətə çatdıran E.Babayev bildirmişdir ki, beş gün davam edəcək tədbir çərçivəsində üçgünlük konfrans keçiriləcəkdir. Konfransın materialları kitab şəklində çap olunmuşdur.

EİF-nin ən böyük məramlarından birinin Azərbaycanda alınan elmi nəticələrin dünya miqyasına çıxarılması olduğunu vurğulayan E.Babayev bununla əlaqədar olaraq, beynəlxalq yarmarkaların təşkilinin vacibliyini qeyd etmiş, iştirakçılara uğurlar arzulamışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov çıxış edərək, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. Bildirilmişdir ki, bu sahədə son illər dövlətimiz tərəfindən bir sıra addımlar atılmış, mühüm qərarlar qəbul edilmiş, Gənclər və İdman Nazirliyi, Elmin İnkişafı Fondu, Gənclər Fondu yaradılmışdır.

Prezident İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"nın əhəmiyyətini qeyd edən Elnur Aslanov demişdir ki, bu proqram Azərbaycanın dövlətçilik tarixində gənclər siyasəti sahəsində qəbul olunmuş çox mühüm bir sənəddir. Çünki dörd il ərzində həyata keçiriləcək müxtəlif layihə və təşəbbüslər Azərbaycan gəncinin inkişafına, işsizlik probleminin həllinə, ölkədə gənclərin innovativ təfəkkür tərzinin formalaşmasına yönəlmiş fərqli və müxtəlif addımlardır. Bu layihələrin reallaşması üçün, təbii ki, əsas qüvvə gənclərdir.

Prezident Administrasiyasının rəsmisi EİF-nin fəaliyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, bu qurum gənc alimlərin fəaliyyətini dəstəkləməklə Azərbaycan gəncliyini stimullaşdırır. Gənclərin inkişafında təhsilin əhəmiyyətini qeyd edən Elnur Aslanov ölkəmizdə gənc alimlər nəslinin yetişməsinin, Azərbaycan elminin dünya elminə inteqrasiyasının və beynəlxalq aləmdə yüksək səviyyədə təmsil olunmasının vacibliyini vurğulamış, istedadlı gənclərə hər zaman dəstək göstəriləcəyini bildirmiş, yarmarkanın işinə uğurlar arzulamışdır.

Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva nazirliyin son illər gənc alimlərə xüsusi önəm verdiyini diqqətə çatdırmışdır. Elmin və gənc alimlərin sosial funksiyalarından birinin ölkənin inkişafına xidmət göstərmək olduğunu bildirən İ.Hacıyeva demişdir ki, istər iqtisadiyyat, istərsə də bizi əhatə edən mədəni şərait elmin inkişafından birbaşa asılıdır. Elm inkişaf edərək cəmiyyətə inteqrasiya olunmalı və onun problemlərini həll etməlidir. Gənc alimlər yalnız ölkə daxilində deyil, beynəlxalq tədbirlərdə də fəal iştirak edərək uğur qazanmalıdırlar.

Tədbirdə gənc alimlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov