Gənc Xəzər Mühəndisləri İctimai Birliyinin (XMİB)
universitet tələbələri üçün təşkil etdiyi Yay
Mühəndislik Məktəbi başa çatdı. Ənənəvi olaraq tədbir
Qafqaz Universitetində keçirildi. 29 iyun - 5 iyul
tarixlərində təşkil edilən Yay məktəbində yerli və
xarici ölkə universitetlərində təhsil alan 20 tələbə
iştirak edib. Onlar bu hüququ iki mərhələli seçim - test
və müsahibə turlarından keçərək qazanıblar.
Bu layihə Xəzər Mühəndisləri İctimai Birliyinin
keçirdiyi dördüncü mühəndislik məktəbidir. Layihənin
həyata keçirilməsində əsas məqsəd tələbələrə nəzəri
biliklərlə yanaşı, real istehsalat sahələrində baş verən
prosesləri aşılamaq, onların komanda şəklində işləmə
qabiliyyətlərini inkişaf etdirmək, bir sözlə, regionda
mühəndisliyin inkişafına müsbət təsir göstərməkdir.
Proqram çərçivəsində bir həftə ərzində müxtəlif yerli və
xarici şirkətlərdə çalışan mühəndislərin
informasiya-kommunikasiya texnologiyaları, neft, kimya
və proses mühəndisliyi, liderlik qabiliyyətləri,
layihələrin idarə edilməsi və digər mövzularda
seminarları təşkil olunub. Layihənin həyata keçirildiyi
müddət ərzində müxtəlif komanda oyunları, bilik
yarışları keçirilib, iştirakçılar ayrı-ayrı sənaye
müəssisələrinə ekskursiyalara gediblər.
Hicran ƏKBƏROVA |