Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 İyul 2012 - №28

 

Təhsil sahəsində əməkdaşlığa dair saziş imzalandı

 

İyulun 13-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2012-2015-ci illərdə təhsil sahəsində əməkdaşlığa dair sazişin imzalanması mərasimi keçirildi.

Təhsil Nazirliyində təşkil olunmuş imzalanma mərasimində nazir Misir Mərdanov, təhsil nazirinin müavini Qulu Novruzov, Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin,  Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Lətif Qəndilov iştirak edirdilər.

Qonaqları səmimi  salamlayan nazir Misir Mərdanov Azərbaycanla Çin arasındakı əlaqələrdən söz açdı, ölkəmiz müstəqillik əldə etdikdən sonra xüsusilə təhsil sahəsində əməkdaşlığın daha da genişləndiyini diqqətə çatdırdı. Nazir  Çin Xalq Respublikasının 200-dən artıq vətəndaşının ölkəmizin ali məktəblərində təhsil aldığını deyərək adıçəkilən ölkənin 16 gəncinin Azərbaycan tərəfinin təqaüdləri hesabına müxtəlif ixtisaslar üzrə respublikamızda ödənişsiz əsaslarla oxuduğunu bildirdi. Təhsil naziri 40-a yaxın azərbaycanlı gəncin Çin Xalq Respublikasının universitetlərində müxtəlif təhsil səviyyələri üzrə dövlət xətti ilə oxuduqlarını,17 tələbənin isə artıq məzun olduğunu söylədi.

Nazir Misir Mərdanov  imzalanacaq sazişdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, müəllim və tələbə mübadiləsinin aparılması, ali təhsil müəssisələrinin qarşılıqlı əlaqələrinin genişləndirilməsinin nəzərdə tutulduğunu qeyd etdi. Sazişin əhəmiyyətindən söz açan nazir müvafiq sənədin hər iki ölkənin təhsil sahəsində əməkdaşlığının daha da inkişafına xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin Azərbaycanla Çin arasındakı təhsil əlaqələrindən geniş bəhs edərək bu əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğuladı. Çin Xalq Respublikasının vətəndaşlarının Azərbaycanın ali təhsil müəssisələrində  oxumağa hər zaman böyük maraq göstərdiklərini deyən səfir onların bizim ölkəmizdə yüksək səviyyədə təhsil almalarından razılıq hissi ilə danışdı. Səfir Xun Tsyuin təhsil sahəsində əməkdaşlığa dair imzalanacaq sazişin hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etdiyini deyərək təhsillə bağlı əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə davam edəcəyinə əmin olduğunu qeyd etdi.

Sonra təhsil naziri Misir Mərdanov və Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin 2012-2015-ci illərdə təhsil sahəsində əməkdaşlığa dair sazişi imzaladılar. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov