Azərbaycanlı tələbələr Türkiyənin Ərzurum şəhərindəki
Atatürk Universitetində Beynəlxalq yay məktəbinin
məşğələlərində iştirak edirlər.
Məktəbin Azərbaycan, Gürcüstan, Malayziya, İraq, İran,
Pakistan, İordaniya və Rumıniyadan gələn qonaqlarının
qarşılanması mərasimində çıxış edən Atatürk
Universitetinin rektor müavini, professor Sabahattin
Tüzemen bildirmişdir ki, dost və qardaş
ölkələrdən gəlmiş tələbələr bu məşğələlər zamanı türk
dilində biliklərini təkmilləşdirəcəklər. Onlar, eyni
zamanda türk toplumunu daha yaxından tanımaq imkanı
əldə edəcəklər.
Beynəlxalq yay məktəbinin iştirakçısı olan 35 tələbə iki
həftə müddətində türk dili, tarixi və mədəniyyəti ilə
bağlı dərslərdə iştirak edəcək, həftə sonlarında Şərqi
Qara dəniz bölgəsi və Ərzurumun rayonlarını gəzəcəklər.
AzərTAc |