Bu günlərdə Parisdə "Paris səması" adlı beynəlxalq
mahnı festivalı keçirilib. Rusiya, Belarus, Ukrayna,
Qazaxıstan, Özbəkistan, Moldova, Fransa, İsveçrə və
digər ölkələrdən müxtəlif yaş qruplarında 300-dən artıq
ifaçının iştirak etdiyi musiqi yarışmasında ölkəmizi
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti İslam
Qasımov təmsil edib.
Festivalda rəqs, teatr, estrada və akademik vokal,
musiqi alətlərində ifa nominasiyaları üzrə qaliblər
müəyyənləşib. 14 yaşlı vokalçımız İslam Qasımov "Akademik
vokal" nominasiyası üzrə I yerə layiq görülüb.
Müsabiqədə İslam Azərbaycanın görkəmli bəstəkarı Tofiq
Quliyevin "Bakı haqqında mahnı" və italyan bəstəkarı
E.Kurtisin "Sorentaya qayıt" əsərlərini ifa edib.
Azərbaycanlı vokalçı İslam Qasımovun çıxışı münsiflər
heyəti tərəfindən bəyənilərək alqışlarla qarşılanıb və o,
beynəlxalq mahnı festivalının qalibi olub. Müsabiqədə
gənc vokalçının müəllimi Məryəm Babayevanın da əməyi
yüksək qiymətləndirilib.
Samirə KƏRİMOVA |