Şirvan
Şəhər Təhsil Şöbəsi metodkabinetinin müdiri Elçin
Həsənovdan bu günlərdə aldığımız məlumatda bildirilir ki,
respublikamızın bütün regionlarında olduğu kimi, Şirvan
şəhər ümumtəhsil məktəblərinin beşinci siniflərində dərs
deyəcək müəllimlər üçün də yeni fənn kurikulumlarının
tətbiqi ilə əlaqədar təlim kursları keçirilib. Həmin
kursların səmərəli təşkili üçün Şirvan şəhərində texniki
avadanlıqlarla təchiz edilmiş məktəblərdə 4 təlim
mərkəzi yaradılmışdır.
Şəhər 18 nömrəli təbiət-humanitar təmayüllü məktəbdə ana
dili, təsviri incəsənət və musiqi, şəhər 10 nömrəli tam
orta məktəbdə xarici dil, şəhər 11 nömrəli tam orta
məktəbdə riyaziyyat, informatika və Azərbaycan tarixi,
şəhər 1 nömrəli tam orta məktəbdə isə həyat bilgisi,
texnologiya və fiziki tərbiyə fənləri üzrə təlimlər
təşkil olunmuşdur.
Təlim kurslarını Azərbaycan, Xəzər universitetlərinin və
"Mədəd" təşkilatının əməkdaşları yüksək səviyyədə
aparıb. Bunun nəticəsidir ki, ana dili, təsviri
incəsənət, musiqi, həyat bilgisi, texnologiya, fiziki
tərbiyə və xarici dil fənləri üzrə yekunlaşmış kurslarda
müəllimlərin həm iştirak, həm də bilik reytinqi yüksək
qiymətləndirilib. Riyaziyyat, informatika və Azərbaycan
tarixi fənləri üzrə isə kurslar 11 və 12 iyul
tarixlərində yekunlaşıb.
Ümumilikdə şəhərin 219 müəllimi yüksək təlim kursu
keçərək birinci və ikinci dərəcəli sertifikata layiq
görülüb.
ƏDALƏT |