İyunun 23-də Bakı Humanitar Kollecində məzun günü
keçirilib. Əvvəlcə məzunların ifasında Dövlət himni
səsləndirilib. Tədbiri giriş sözü ilə açan kollecin
direktoru İlqar Mahmudov məzunlara və onların
valideynlərinə təbriklərini çatdıraraq gənclərə
Azərbaycan xalqına ləyaqətlə xidmət etməyi arzu edib.
Söz gecənin aparıcılarına verilib. Aparıcılar məzunlara
ünvanlanan təbrikləri oxuyublar.
"Qarabağ şikəstəsi" ilə səhnəyə çıxan məzunlar digər
xalq və bəstəkar mahnılarını ifa etməklə həmin günü
unudulmaz xatirəyə çeviriblər. Məzunlar dahi bəstəkar
Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" və "Arşın
mal alan" tamaşalarından səhnələr göstəriblər. Kollecin
müəllimi Talıb Zülfiyev həmkarları adından məzunları
təbrik edib, onlara gələcək həyatlarında uğurlar,
işlərində müvəffəqiyyətlər arzulayıb.
Gecənin sonunda məzunlar müəllimləri ilə xatirə şəkli
çəkdiriblər.
Rəşad ZİYADOV |