Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 İyul 2012 - №27

 

Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuya Azərbaycan Dillər Universitetinin fəxri doktoru diplomu təqdim edilib

 

İyulun 5-də Azərbaycan Dillər Universitetində (ADU) Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Herman Van Rompuya universitetin fəxri doktoru diplomunun təqdim olunmasına həsr edilmiş mərasim keçirilmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət himni və Aİ-nin himni səsləndirilmişdir.

Universitetin rektoru, Milli Məclisin deputatı Səməd Seyidov mərasimdə çıxış edərək bu təhsil ocağının tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri haqqında danışmışdır. Bildirilmişdir ki, Azərbaycanda Avropa mədəniyyətinin yayılmasında mühüm rol oynayan ADU Aİ-nin TEMPUS layihəsində qalib gəlmişdir. Buna isə Avropa qurumları, xüsusilə də Aİ ilə əməkdaşlığın inkişafı nəticəsində nail olunmuşdur.

Azərbaycanın Avropaya uğurla inteqrasiya etdiyini deyən Səməd Seyidov ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən islahatlardan da danışmışdır.

Sonra Səməd Seyidov Herman Van Rompuya fəxri doktor adı verilməsi barədə universitetin Elmi Şurasının qərarını elan etmişdir.

Aİ Şurasının prezidentinə fəxri doktor diplomu və mantiya təqdim olunmuşdur.

Mərasimdə çıxış edən Herman Van Rompuy Azərbaycan Dillər Universitetində olmasından və bu təhsil müəssisəsinin fəxri doktoru adına layiq görülməsindən çox məmnun qaldığını söyləmişdir.

Azərbaycanın əlverişli coğrafi mövqedə - Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi baxımından nadir ölkə olduğunu deyən Aİ Şurasının prezidenti ölkəmizdə gördüyü inkişaf proseslərini yüksək qiymətləndirmişdir. Əsrlər boyu Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh, anlaşma şəraitində yaşadıqlarını söyləyən qonaq son illərdə ölkəmizin bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də böyük uğurlar qazandığını diqqətə çatdırmışdır.

Herman Van Rompuy Azərbaycan ilə Aİ arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin əhəmiyyətindən danışmış, respublikamızın həm hasilatçı, həm də tranzit ölkə kimi önəmini vurğulayaraq, təşkilat ilə enerji sahəsindəki əməkdaşlığını yüksək qiymətləndirmişdir.

Herman Van Rompuy bildirmişdir ki, Aİ Azərbaycanın regionda artan roluna böyük əhəmiyyət verir. Qurum, həmçinin Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş hesab edir. Aİ Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bütün enerji layihələrini dəstəkləyir.

Aİ Şurasının prezidenti Azərbaycanda insan hüquqlarının qorunması sahəsində vəziyyətin yaxşılaşdırılması və demokratiyanın inkişafı istiqamətində görülən işləri də yüksək qiymətləndirmişdir.

Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun sürətlə artdığını deyən qonaq BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsini dünya birliyinin ölkəmizə olan yüksək etimadı kimi dəyərləndirmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Herman Van Rompuy bildirmişdir ki, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi, inkişaf və tərəqqiyə nail olunması üçün problem mütləq həll edilməlidir. Son vaxtlar cəbhə xəttində atəşkəsin pozulmasından narahatlığını bildirən Herman Van Rompuy tərəflər arasında etimadın yaradılmasının vacibliyini vurğulamış, bu işdə Aİ-nin əlavə dəstək verməyə hazır olduğunu söyləmişdir.

Qonaq universitetdən zəngin təəssüratla ayrılmışdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov