Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 İyul 2012 - №27

 

Azərbaycan Texniki Universiteti ilə Rostok Universiteti arasında memorandum imzalanıb

 

Almaniyanın Rostok Universitetinin rektoru, professor Volfqanq Şarek və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinin  rektoru, professor Havar Məmmədovun  dəvəti ilə bu günlərdə AzTU-da olub. AzTU-nun professor-müəllim heyəti ilə keçirilən görüşdə hər iki universitet arasında əməkdaşlığa dair memorandum imzalanmışdır.

Azərbaycan Texniki Universitetinin rektoru, texnika elmləri doktoru, professor Havar Məmmədov qonaqları səmimi salamlayaraq rəhbərlik etdiyi ali təhsil ocağı haqqında ətraflı məlumat verib. AzTU-nun son illərdə xarici əlaqələrini xeyli genişləndirdiyini, dünyada, eləcə də ölkəmizdə fəaliyyət göstərən bir çox ali təhsil və elm ocaqları ilə əməkdaşlıq etdiyini bildirən rektor Rostok Universiteti ilə imzalanmış sənədin  respublikamızın elm, təhsil sisteminə öz töhfəsini verəcəyinə əmin olduğunu vurğulayıb.

Sonra Rostok Universitetinin rektoru, professor Volfqanq Şarek çıxış edərək Azərbaycanda, xüsusilə də Texniki Universitetdə qonaq olduğundan məmnun qaldığını, özü üçün şərəf və qürur duyduğunu  bildirmiş, rəhbərlik etdiyi Rostok Universiteti haqqında ətraflı məlumat vermişdir. O qeyd etmişdir ki, Hamburqun 200 kilometrliyində, dəniz sahilində yerləşən Rostok Universiteti nəinki Almaniyanın, eləcə də Şimali Avropanın 3-cü qədim universitetidir, 1419-cu ildə yaradılıb. Hazırda 9 fakültədə (mühəndis, tibb, turizm və b.) 15 min tələbə 70 ixtisas üzrə təhsil alır. 4 min nəfər müəllimdən 300 nəfəri professordur. Universitetdə 90 ölkədən 900 nəfərdən çox xarici tələbə təhsil alır.

Professor Volfqanq Şarek Azərbaycan Texniki Universitetinin Azərbaycanda elm və texnikanın inkişafındakı rolunu yüksək qiymətləndirərək gələcəkdə bu təhsil ocağı ilə Rostok Universiteti arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini xüsusilə qeyd etmişdir.

Sonda Rostok Universitetinin kafedra müdiri, professor Eqon Hossel Azərbaycan Texniki Universitetinin və Rostok Universitetinin birgə fəaliyyətini və hər iki ali məktəb alimlərinin elmi tədqiqat işlərinin monitorda nümayişini izahlı şəkildə iştirakçılara təqdim etmişdir.

Qonaqlar AzTU-nun tədris mərkəzləri, laboratoriyaları və imtahan otaqları ilə də yaxından tanış olmuşlar.  

Müşfiq BORÇALI,
AzTU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov