BDU-nun
rektoru, akademik Abel Məhərrəmov M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin rektoru, universitetin
fəxri doktoru, akademik Viktor Sadovniçinin rəhbərlik
etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə
universitetlərarası elm, təhsil və innovasiyalar
sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə
edilib, tərəflər arasında əməkdaşlıq haqqında artıq
vaxtı başa çatmaq üzrə olan müqavilə yeniləşdirilərək
imzalanıb. Nümayəndə heyəti BDU-nun elmi
laboratoriyaları, Elektron Tədris Mərkəzi, Heydər Əliyev
Muzeyinə baş çəkib, Konfutsiy İnstitutunun fəaliyyəti,
elm və təhsil sahəsində həyata keçirilən innovasiya
layihələri ilə tanış olublar.
Akademik V.Sadovniçi "BDU-nun fəxri qonağı" adına layiq
görülüb. Qonaq BDU-ya xeyli sayda kitab hədiyyə edib.
BDU-nun Mətbuat və informasiya şöbəsi |