Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 İyul 2012 - №27

 

"Elektron Naxçıvan - 7: lokal şəbəkədə İKT-dən istifadə imkanları" mövzusunda beynəlxalq simpozium

 

Naxçıvan Dövlət Universitetində "Elektron Naxçıvan - 7: lokal şəbəkədə İKT-dən istifadə imkanları" mövzusunda beynəlxalq simpozium keçirildi. Gürcüstanın Batumi Dövlət Universitetinin professorlarının, Cənubi Koreyanın bir qrup tələbəsinin iştirak etdiyi simpoziumun plenar iclasını giriş sözü ilə NDU-nun rektoru, akademik İsa Həbibbəyli açdı. O, "Naxçıvan Dövlət Universitetində elektron hərəkat: əsas nəticələr və qarşıda duran vəzifələr" mövzusunda məruzə edərək Azərbaycanda informasiya cəmiyyətinin formalaşması, informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi istiqamətində dövlət strategiyasının uğurlarından danışdı. Qeyd olundu  ki, 2005-ci ildən başlayan "Elektron Naxçıvan" hərəkatı elmdə və tədrisdə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, Avropadan Asiyaya qədər virtual əlaqələrin genişləndirilməsi, İnternet resurslarının artırılması istiqamətində mühüm nailiyyətlərlə nəticələnmişdir. Universitetdə 108 hektarlıq ərazinin hər tərəfində istifadəsi mümkün olan "Wi-Fi" kampus İnternet şəbəkə sistemi, 10 meqabit gücündə sürətli İnternet resursu, müxtəlif İnternet mərkəzləri, elektron kitabxana, universitetin yenilənmiş rəsmi İnternet səhifəsi  yaradılmışdır. Bütün bunlar dünya elminə, təhsilinə inteqrasiya, beynəlxalq elmi əlaqələrin inkişafına uğurla xidmət edir. Rektor, akademik İsa Həbibbəyli bu sahədə elektron təhsilin, elektron imtahan bazasının yaradılması kimi qarşıda duran mühüm vəzifələrdən də danışdı.

Naxçıvan Muxtar Respublikası rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədovun "Naxçıvan Muxtar Respublikasında İKT-dən istifadənin müasir vəziyyəti və inkişaf perspektivləri" adlı məruzəsində qeyd olundu ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun ardıcıl diqqət və qayğısı sayəsində Naxçıvan bu gün Azərbaycanda informasiya cəmiyyəti qurulmasında aparıcı rola malik bir regiona, dinamik inkişafda olan virtual məkana çevrilmişdir. Bu gün muxtar respublikada təhsil, səhiyyə, iqtisadiyyat və digər sahələrdə ən son informasiya-kommunikasiya texnologiyalarından istifadə, elektronlaşma böyük müvəffəqiyyətlə həyata keçirilir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev "Naxçıvanda  biliklər iqtisadiyyatının formalaşması imkanları və perspektivləri" haqqında məruzə edərək "Elektron Naxçıvan - 7: lokal şəbəkədə İKT-dən istifadə imkanları" simpoziumunu informasiya cəmiyyəti məsələlərinə həsr olunmuş Naxçıvan sammiti kimi dəyərləndirdi. Məruzədə Azərbaycanda, o cümlədən Naxçıvanda elektron hökumətin, distant təhsilin qurulması, virtual əməkdaşlığın inkişafı istiqamətində atılan mühüm addımlardan bəhs olundu.

Gürcüstanın Batumi Dövlət Universitetinin professoru Mixeil Donedze "Korporativ şəbəkələrdə GSM infrastrukturu əsasında təhlükəsizliyin təmini məqsədilə avtomatlaşdırılmış sistemin qurulması" mövzusunda məruzə etdi.

Simpoziumun gedişi zamanı Türkiyə Cümhuriyyətinin Ərzurum Atatürk Universitetinin rektor yardımçısı, Avrasiya İpək yolu Universitetlər Konsorsiumunun baş katibi, professor Sebahettin Tüzemenlə, portuqaliyalı professor Diamantino Lopeslə, habelə Naxçıvan Dövlət Universitetinin Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində istehsalat təcrübəsində olan informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrlə videokonfrans bağlantısı oldu.

Sonra fakültələrin əldə etdiyi nailiyyətlər və İKT-nin inkişaf vəziyyəti ilə bağlı videobağlantı müsabiqəsi keçirildi. Universitetin 10 fakültəsi videobağlantı vasitəsi ilə müsabiqədə iştirak etdikdən sonra AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyevin rəhbərlik etdiyi münsiflər heyəti müsabiqə qaliblərini müəyyənləşdirdi. Müsabiqədə videobağlantının texniki keyfiyyəti, İKT-dən səmərəli istifadə, təqdimatın əhatəliliyi, reqlamentə əməl olunma nəzərə alınmaqla iqtisad fakültəsi I, beynəlxalq münasibətlər fakültəsi II, təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi III yerə layiq görüldülər. Qaliblərə diplomlar təqdim olundu. Universitetin incəsənət fakültəsinin müəllim və tələbələri simpozium iştirakçılarına rəngarəng konsert proqramı təqdim etdi.

Qeyd edək ki, beynəlxalq simpozium "Elektron Naxçıvan -  7A: informasiya texnologiyaları: inkişaf yolu və perspektivləri" mövzusunda tələbə elmi konfransı ilə öz işini davam etdirdi.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov