Ali
məktəblərə daxil olmaq üçün xüsusi hazırlığa həmişə
ehtiyac olub. Çox az sayda abituriyent qəbula müstəqil
şəkildə hazırlaşa bilir. Gündəlik dərslərə yaxşı
hazırlaşmaq qəbul imtahanlarını uğurla vermək üçün
kifayət deyil. İllərlə öyrəndiklərini sistemli şəkildə
təkrarlamaq, nəzəri bilikləri məsələ həllinə tətbiq edə
bilmək, testlərə tez və doğru cavab vermək... Bütün
bunlar indiki abituriyentin qarşısında duran əsas
vəzifələrin yalnız bir hissəsidir. Mükəmməl bir vəsait
bu vəzifələrin yerinə yetirilməsində abituriyentlərin
əsl yardımçısı ola bilər. Akademik Z.Əliyeva adına
liseyin riyaziyyat müəllimi Ə.Məmmədlinin bu günlərdə
çapdan çıxmış "Riyaziyyat-I hissə: 9-11-ci sinif
şagirdləri və abituriyentlər üçün vəsait" adlı
kitabı da elə bu məqsədlə yazılmışdır. Məzmununa, "hesab,
cəbr və analizin başlanğıcı, birləşmələr və ehtimal
nəzəriyyəsinin elementləri" daxil olan vəsait TQDK-nın
Azərbaycan Respublikası ali məktəblərinə keçirdiyi qəbul
imtahanlarının riyaziyyat proqramına uyğun
hazırlanmışdır. Kitabda nəzəri biliklər sistemli şəkildə,
yığcam və sadə dillə şərh olunmuşdur. Hər paraqrafda
nəzəri hissə həlli ilə verilmiş misallarla
möhkəmləndirilmişdir. Vəsait müəllifin öz oxucuları ilə
"canlı söhbəti" ruhunda yazılmışdır.
Qəbul imtahanları zamanı bütün mövzulara aid testlərə
tez və doğru cavab vermək yolları vəsaitdə ayrı-ayrı
nümunələr üzərində nümayiş etdirilmişdir. Kitab orta
məktəblərin riyaziyyat müəllimləri, repetitorlar, IX-XI
sinif şagirdləri və abituriyentlər üçün çox faydalıdır.
Əlaqə telefonu: (070) 240-13-50 |