Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

6 İyul 2012 - №26

 

Qarşılıqlı əməkdaşlığa dair saziş imzalanıb

 

İyulun 2-də Mədəniyyət və Turizm Nazirliyində bu qurumla Təhsil Nazirliyi arasında qarşılıqlı əməkdaşlığa dair sazişin imzalanması mərasimi keçirilib.

Mərasimi giriş sözü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq qarşılıqlı əməkdaşlığa dair sazişin prioritet istiqamətləri barədə məlumat verib, bu sənədin mədəniyyət və turizm sənayesi üçün peşəkar kadr hazırlığı sahəsində əməkdaşlığı nəzərdə tutduğunu qeyd edib. Nazir onu əlavə edib ki, sazişdə ümumi təhsil müəssisələri, uşaq yaradıcılıq mərkəzləri, uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin ölkəmizin qoruq və muzeylərində tarix, diyarşünaslıq, bədii təhsil üzrə səyyar dərslərinin təşkili və keçirilməsi ilə bağlı əməkdaşlıq məsələləri əksini tapıb.

 Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov son illər ölkəmizdə mədəniyyət və turizm sahəsinin inkişafından danışıb və qeyd edib ki, mövcud sahənin inkişafı peşəkar kadrlara tələbatı artırıb. İmzalanacaq sazişin müvafiq istiqamətdə təhsilin daha da yüksəldilməsinə şərait yaradacağını qeyd edən təhsil naziri bu sənədin mühüm əhəmiyyətini vurğulayıb. Nazir, həmçinin sazişdə göstərilən bəndlərin həyata keçirilməsinin vacibliyinə diqqət çəkib. Misir Mərdanov bir sıra fənlərin, o cümlədən Azərbaycan tarixi fənninin müxtəlif mədəniyyət ocaqlarında tədrisinin şagirdlər üçün  önəmli olduğunu vurğulayıb.

Məlumat üçün qeyd edək ki, qarşılıqlı əməkdaşlığa dair sazişdə aidiyyəti ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə dövlət sifarişinin hazırlanmasının tənzimlənməsi, bu müəssisələrdə kadr hazırlığının təkmilləşdirilməsi, turizm elminin inkişaf etdirilməsi,  həmçinin birgə konfrans, seminar və "dəyirmi masa"ların təşkili və digər məsələlər öz əksini tapıb. Gənc istedadların yaradıcılıq imkanlarının genişləndirilməsi üçün əlverişli şəraitin yaradılması, mövcud olan müxtəlif tipli tədris müəssisələrinin fəaliyyətlərinin geniş inteqrasiya üzrə qurulması da sazişdə nəzərdə tutulan vacib məsələlərdəndir.

Mərasimdə Təhsil Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycanda musiqi təhsilinin inkişafı sahəsində əməkdaşlığının daha da genişləndirilməsinin təmin edilməsi məqsədilə birgə işçi qrupunun yaradılması qərara alınıb. Həmin qrupa hər iki dövlət qurumunun əməkdaşlarının, ali və orta ixtisas təhsili müəssisələrinin və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin mütəxəssislərinin daxil ediləcəyi qeyd olunub.

Sonra Təhsil Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyi arasında qarşılıqlı əməkdaşlığa dair saziş imzalanıb. Sazişi təhsil naziri Misir Mərdanov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev imzalayıb.

Mərasimdə  Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, mədəniyyət və turizm nazirinin müavinləri və Təhsil Nazirliyinin əməkdaşları iştirak ediblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov