Volqayanı
körfəz sahilində uşaq oyunları kompleksinin tikintisi
başlanmışdır. Bu, Heydər Əliyev Fondunun vilayət
mərkəzinə hədiyyəsidir.
AzərTAc Rusiya KİV-lərinə istinadən xəbər verir ki,
Həştərxan meriyası ilə əməkdaşlıq çərçivəsində
Azərbaycandan olan tərəfdaşlar 11 nömrəli məktəbi
yenidən qurmuş, Azadlıq meydanındakı bağı
abadlaşdırmışlar. Hazırda Volqayanı körfəzin üzərində
körpü salınır. Növbədə yeni hədiyyə - uşaq şəhərciyi
durur.
Bu bağda uşaq şəhərciyi yaratmaq ideyası çoxdan, hələ
Heydər Əliyev Fondu bu ərazini abadlaşdırmağa başladığı
vaxt yaranmışdı. İndi burada fəvvarəli, güllü-çiçəkli
bağ salınmışdır. Azərbaycandan olan tərəfdaşlar uşaq
meydançası üçün yeri Həştərxan meri ilə birlikdə
seçmişlər. Əsas şərt təhlükəsizlikdir. Oyun
komplekslərini kinomexanika zavodu binasının arxasında,
yoldan uzaq bir yerdə tikmək qərara alınmışdır.
İndi hazırlıq işləri görülür. Uşaq şəhərciyinin
salınacağı ərazinin ümumi sahəsi təqribən 1200
kvadratmetrdir. Layihəyə görə, oyun kompleksi
yelləncəklər və digər uşaq əyləncələri olan beş
meydançadan ibarət olacaqdır. Rahat yay kafesi tikmək də
planlaşdırılır. Şəhər sakinləri əmindirlər ki, buraya öz
uşaqları ilə birlikdə digər rayonlardan da ailələr
gələcəkdir.
Piyadalar üçün salınan körpü bu yerin populyarlığını
artıracaqdır. Körpüyə artıq Rusiya-Azərbaycan dostluğu
körpüsü adı verilmişdir. Körpü Heydər Əliyev bağını
Qujvin prospekti ilə birləşdirəcəkdir. |