Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

6 İyul 2012 - №26

 

Ümumtəhsil məktəblərində "Şahmat" fənninin tədrisinin davam etdirilməsi tədbirləri haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Təhsil Nazirliyinin "Ümumtəhsil məktəblərində "Şahmat" fənninin tədrisi barədə" 29 dekabr 2011-ci il tarixli, 2198 nömrəli əmrinə uyğun olaraq, 2012-ci ilin yanvar ayından başlayaraq hər rayon və şəhərdən seçilmiş bir ümumtəhsil məktəbinin 2-ci siniflərində "Şahmat" fənninin tədrisinə başlanmışdır. Bununla əlaqədar müvafiq tədris planı və proqram, həmçinin "Şahmat - 2" adlı dərs vəsaiti hazırlanmış, fənni tədris edəcək müəllimlər üçün təlim kursları keçirilmişdir.

Ötən müddət ərzində aparılan müşahidə və təhlillər göstərmişdir ki, "Şahmat" fənninin tədrisi şagirdlərin böyük marağına səbəb olmaqla onların idraki fəallığını xeyli artırmış, düşünmə qabiliyyətlərini gücləndirmişdir. Bütün bunların nəticəsində şagirdlərin digər fənlərdən təlim göstəriciləri də nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. Fənnin tədrisi sahəsində qazanılan uğurlar şahmat təliminin növbəti siniflərdə də davam etdirilməsinə və pilot məktəblər şəbəkəsinin genişləndirilməsinə etibarlı zəmin yaradır.

Qeyd olunanları və şagirdlərin intellektual səviyyəsinin yüksəlməsində  "Şahmat" fənninin tədrisinin əhəmiyyətli rolunu nəzərə alaraq 

ƏMR EDİRƏM: 

1. 2012-2013-cü dərs ilində "Şahmat" fənni tədris edilən pilot ümumtəhsil məktəblərinin şəbəkəsinin genişləndirilməsi məqsədəuyğun hesab olunsun.

2. 2012-2013-cü dərs ilində müəyyən olunmuş müvafiq pilot ümumtəhsil məktəblərinin II siniflərində "Şahmat" fənni tədris edilsin.

3. "Şahmat" fənninin tədrisinə 2012-ci ilin yanvar ayından başlanmış pilot ümumtəhsil məktəblərində həmin fənn III siniflərdə davam etdirilsin.

4. "Şahmat" fənni II və III siniflərdə dərsdənkənar məşğələlərə ayrılmış vaxt hesabına dərs cədvəlinə daxil edilməklə həftədə bir saat tədris olunsun.

5. II və III siniflər üzrə "Şahmat" fənninin tədris planı və proqramı, pilot məktəblərin və həmin fənn üzrə müəllimlərin siyahıları təsdiq edilsin (əlavə olunur).

6. Pilot məktəblərin fənn üzrə müvafiq avadanlıq və ləvazimatlarla təminatı yerli təhsil orqanlarına həvalə edilsin.

7. Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov), Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) "Şahmat" fənnini tədris edəcək müəllimlər üçün cari ilin avqust-sentyabr aylarında təlim kursu təşkil etsinlər.

8. Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) təsdiq olunmuş tədris proqramına uyğun hazırlanmış dərs vəsaitinə qrif verilməsini təmin etsin.

9. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müvafiq dərs vəsaitinin hazırlanması, çapı və təlim kurslarının təşkili ilə bağlı tədbirlərin maliyyələşdirilməsini təmin etsin.

10.  Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov), Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) "Şahmat" fənninin tədrisi ilə bağlı yerli təhsil orqanlarına köməklik göstərsinlər, dərs ili ərzində seçmə yolla müəyyən olunmuş pilot məktəblərində fənnin tədrisi vəziyyətini öyrənib təkliflər hazırlasınlar.

11. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və əlavələrlə birlikdə nazirliyin İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.

12. Ümumi şöbə (X.Fərəcov) bu əmri əlavələrlə birlikdə çoxaldıb yerlərə göndərsin.

13. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.  

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
3 iyul 2012-ci il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov