"Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və
onların ixtisasının artırılması kursları haqqında
Əsasnamənin, Sürücülük vəsiqəsini almaq üçün yol
hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini
idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil
hazırlanması qaydalarının və Nəqliyyat vasitəsini idarə
etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən
şəxslərdən imtahanların qəbul edilməsi və onlara
sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında
Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart
tarixli 41 nömrəli qərarında dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarını
elan edirəm.
Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRAR
№115
Bakı şəhəri, 11 may 2012-ci il
"Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və
onların ixtisasının artırılması kursları haqqında
Əsasnamənin, Sürücülük vəsiqəsini almaq üçün yol
hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini
idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil
hazırlanması qaydalarının və Nəqliyyat vasitəsini idarə
etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən
şəxslərdən imtahanların qəbul edilməsi və onlara
sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında
Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart
tarixli 41 nömrəli qərarında dəyişikliklər edilməsi
haqqında
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2011-ci il 22 dekabr tarixli 551 nömrəli
Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və
onların ixtisasının artırılması kursları haqqında
Əsasnamənin, Sürücülük vəsiqəsini almaq üçün yol
hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini
idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil
hazırlanması qaydalarının və Nəqliyyat vasitəsini idarə
etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən
şəxslərdən imtahanların qəbul edilməsi və onlara
sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında
Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart
tarixli 41 nömrəli qərarında (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999, № 3, maddə 197; 2003, № 6,
maddə 342; 2006, № 9, maddə 822, № 11, maddə 928; 2009,
№ 6, maddə 491; 2010, № 8, maddə 764; 2011, № 6, maddə
566; 2012, № 1, maddə 36) aşağıdakı dəyişikliklər
edilsin:
1.1. qərarın adından, "Sürücülük vəsiqəsini almaq üçün
yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat
vasitələrini idarəetmə məsələləri üzrə təcrübi
imtahanlara müstəqil hazırlanması qaydalarının" sözləri
çıxarılsın;
1.2. 2-ci hissə ləğv edilsin;
1.3. həmin qərarla təsdiq edilmiş "Nəqliyyat vasitələri
sürücülərinin hazırlanması və onların ixtisasının
artırılması kursları haqqında Əsasnamə"də aşağıdakı
dəyişikliklər edilsin:
1.3.1. aşağıdakı məzmunda 1.2-1-ci bənd əlavə edilsin:
"1.2-1. Sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs
yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat
vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi
imtahanlara müstəqil hazırlaşa bilər və ya nəqliyyat
vasitələri sürücülərinin hazırlanması kursunda hazırlıq
keçə bilər. "A1", "A" və "B" kateqoriyalarına aid
nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük
vəsiqəsini almaq istəyən hər bir şəxs nəqliyyat
vasitələri sürücülərinin hazırlanması və onların
ixtisasının artırılması kursunda hazırlıq keçməlidir.";
1.3.2. 2.6-cı bəndin birinci abzasının üçüncü cümləsində
"mexaniki nəqliyyat vasitəsinin" sözlərindən sonra "istehsal
tarixi beş ildən artıq olmamalıdır və onun" sözləri
əlavə edilsin;
1.4. həmin qərarla təsdiq edilmiş "Nəqliyyat vasitəsini
idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq
istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara
sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında
Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1.4.1. aşağıdakı məzmunda 1.7-ci bənd əlavə edilsin:
"1.7. Bu Əsasnamədə nəzərdə tutulmuş dövlət rüsumu
yalnız bank, poçt, plastik kart və ya internet
vasitəsilə ödənilə bilər.";
1.4.2. 2.2-ci bənddə "A1", "A", "B", "C", "D", "BE", "CE"
və "DE" kateqoriyalarına" sözləri "C", "D", "BE", "CE"
və "DE" kateqoriyalarına" sözləri ilə əvəz edilsin;
1.4.3. 2.10-cu bəndin birinci cümləsində "buraxıla
bilərlər" sözləri "buraxılırlar" sözü ilə əvəz edilsin
və ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat
vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi
imtahanlara müstəqil hazırlaşmış şəxslər Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyinə bu
Əsasnaməsinin 3.9-1-ci bəndində nəzərdə tutulmuş qaydada
müraciət etdikdən sonra 3 (üç) gün müddətində yol
hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini
idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara
buraxılırlar.";
1.4.4. 2.11-ci bəndin birinci abzasında "yenidən" sözü "müvafiq"
sözü ilə, ikinci abzasında "C" və ya "BC", yaxud "CE"
kateqoriyalarına" sözləri "C" və ya "CE"
kateqoriyalarına" sözləri ilə əvəz edilsin, üçüncü
abzasından "yenidən" sözü çıxarılsın;
1.4.5. 3.9-cu bəndin ikinci cümləsi çıxarılsın;
1.4.6. aşağıdakı məzmunda 3.9-1-ci, 3.9-2-ci və 3.9-3-cü
bəndlər əlavə edilsin:
"3.9-1. Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyinə bu Əsasnamənin
3.10-cu bəndində göstərilən sənədləri bilavasitə və ya
onların skan edilmiş surətlərini internet vasitəsilə
təqdim edir (göndərir). Sənədlərin bilavasitə qəbulu və
verilməsinin interaktiv şəkildə əks etdirən monitorlar
vasitəsilə müşahidə edilməsi imkanı yaradılır.
Sənədlərin skan edilmiş surətlərinin həqiqiliyi
sürücülük vəsiqəsini verən orqanın vəzifəli şəxsində
şübhə yaratdıqda, müvafiq sənədlər barədə məlumat əldə
etmək üçün dövlət orqanları tərəfindən aparılan elektron
informasiya ehtiyatlarından istifadə edilir, bu mümkün
olmadığı halda müraciət etmiş şəxslərdən həmin
sənədlərin əsli tələb edilir.
3.9-2. Sənədlər "Yol hərəkəti haqqında" Azərbaycan
Respublikası Qanununun tələblərinə uyğun olduqda,
müraciət etmiş şəxsə yol hərəkəti qaydaları üzrə nəzəri
və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə
təcrübi imtahan verəcəyi tarix və vaxt barədə bilavasitə
və ya internet vasitəsilə məlumat verilir. Sənədlər
göstərilən tələblərə uyğun olmadıqda, müraciət etmiş
şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah
olunur. Şəxs yaşadığı və ya olduğu ərazi üzrə
imtahan-qeydiyyat məntəqəsində imtahan vermək hüququna
malikdir.
3.9-3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
rəsmi internet informasiya ehtiyatında yaradılmış
elektron xidmət bölməsində imtahanın qəbulu və sürücülük
vəsiqəsinin verilməsi üçün tələb olunan sənədlərin dəqiq
siyahısı, müvafiq sənədlərin (ərizə və digər) elektron
formasının yerləşdirilməsi, habelə sənədlərin elektron
formada qəbul edilməsi təmin edilir. Müraciət etmiş
şəxslərin qəbul edilməsi ardıcıllığının tənzimlənməsi
üçün "Elektron növbə" idarəetmə sistemi vasitəsilə həmin
şəxslərin növbəsi müəyyən edilir.";
1.4.7. 3.10-cu bənd ("Qeyd" hissəsi istisna olmaqla)
aşağıdakı redaksiyada verilsin:
"3.10. Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyinə aşağıdakı
sənədləri təqdim etməlidir:
3.10.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının
ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə
və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə
edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət
vəsiqəsi);
3.10.2. müstəqil hazırlıq keçən şəxslər istisna olmaqla,
digər şəxslər üçün müvafiq kateqoriyalı nəqliyyat
vasitələri sürücülərinin hazırlanması üzrə tədris
planlarında və proqramlarında nəzərdə tutulan həcmdə
hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi
(şəhadətnamə, diplomun surəti, semestr-imtahan
cədvəllərindən çıxarış və ya diploma əlavə);
3.10.3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
tərəfindən təsdiq olunmuş formada tibbi arayış;
3.10.4. sürücülük vəsiqəsinin verilməsi üçün
imtahanların qəbuluna görə dövlət rüsumunun ödənilməsi
barədə qəbz.";
1.4.8. 3.12-ci bəndin birinci cümləsi çıxarılsın,
ikinci cümləsində "Bir dəfə" sözləri "İki dəfə" sözləri
ilə əvəz edilsin;
1.4.9. 3.15-ci bənddə "bir gün" sözləri "30 dəqiqə"
sözləri ilə əvəz edilsin;
1.4.10. Əsasnaməyə 3 nömrəli əlavə üzrə:
1.4.10.1. 1.1-ci və 1.2-ci bəndlər aşağıdakı redaksiyada
verilsin:
"1.1. Yol hərəkəti qaydaları üzrə nəzəri imtahan
informasiya-kommunikasiya texnologiyaları vasitəsilə
qəbul edilir.
1.2. İmtahan prosesinin interaktiv şəkildə əks etdirən
monitorlar, o cümlədən imtahan zalında quraşdırılan
videokameralar vasitəsilə müşahidə edilməsi imkanı
yaradılır.";
1.4.10.2. 2.2-ci bəndin birinci və ikinci abzaslarında
"biletləri" sözü "sualları" sözü ilə əvəz edilsin,
üçüncü abzasının birinci cümləsi aşağıdakı redaksiyada
verilsin:
"Hər bir namizədə 10 sual verilir.";
1.4.10.3. 2.3-cu bəndin birinci abzasında "biletlər"
sözü "suallar" sözü ilə, ikinci abzasında "tərtib
edilmiş biletlər ilə" sözləri "hazırlanmış suallara
əsasən" sözləri ilə əvəz edilsin;
1.4.10.3. 3.1-ci bəndin ikinci abzası aşağıdakı
redaksiyada verilsin:
"İmtahan verənin şəxsiyyəti onun şəxsiyyət vəsiqəsi və
ya şəxsiyyətini təsdiq edən digər sənədi əsasında
müəyyənləşdirilir.";
1.4.10.4. 3.2-ci bəndin birinci abzasının birinci
cümləsi çıxarılsın;
1.4.10.5. 3.3-cü bəndin birinci abzası ləğv edilsin,
ikinci abzası aşağıdakı redaksiyada verilsin:
"İmtahanların nəticələri informasiya-kommunikasiya
texnologiyaları vasitəsilə müəyyən edilir.";
1.4.10.6. 3.4-cü bənddə "Kompüterlər və ya imtahan
aparatlarının köməyi ilə nəzəri imtahan" sözləri "İmtahan"
sözü ilə əvəz edilsin;
1.4.11. Əsasnamənin 4 nömrəli əlavəsinə aşağıdakı
məzmunda 1.3-cü bənd əlavə edilsin:
"1.3. Nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə
təcrübi imtahanların qəbulunda növbələri istisna edəcək
sayda və imtahan verilən gün istehsal tarixi beş ildən
artıq olmayan nəqliyyat vasitələrindən istifadə
edilməlidir.".
Azərbaycan Respublikasının Baş naziri
Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının
icrası ilə əlaqədar
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 may
2012-ci il tarixli 115 nömrəli qərarı rəhbərlik və icra
üçün qəbul edilsin.
2. Nəqliyyat vasitələri sürücüləri hazırlayan təhsil
müəssisələrinin rəhbərlərinə tapşırılsın ki, qərarda
göstərilən dəyişikliklər tədris prosesində nəzərə
alınsın.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan
müəllimi" qəzetində, "Sənətkar" jurnalında dərc
olunmasını təmin etsin.
4. Ümumi şöbə (X.Fərəcov) əmrin çoxaldılıb yerlərə
göndərilməsini təşkil etsin.
5. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
25 iyun 2012-ci il |