12-21
iyun tarixlərində Yunanıstanın Kalitea şəhərində
Məktəblilərin Avropa Çempionatı keçirilmişdir. Hər il
keçirilən bu çempionat Avropa Şahmat İttifaqı (ECU),
Məktəblilərin Beynəlxalq Şahmat İttifaqı (İSCU) və
Yunanıstan Şahmat Federasiyası tərəfindən təşkil
olunmuşdur. Azərbaycanın məktəbli şahmatçıları demək
olar ki, hər il bu yarışlarda müvəffəqiyyətlə iştirak
edirlər. Bu il respublikamız 12 şahmatçı ilə təmsil
olunmuşdur.
6 yaş qrupunda keçirilən çempionatda Respublika
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
Şahmat Məktəbinin yetirmələri Bakı şəhər 136 nömrəli
məktəbin şagirdi Aytən Əmrayeva 15 yaşadək qızlar
arasında I yeri tutaraq gızıl, "Gənc istedadlar"
liseyinin şagirdi Aqil Pirverdiyev isə 17 yaşadək
oğlanlar arasında II yeri tutaraq gümüş medal
qazanmışlar. Həmin məktəbin digər yetirmələri olan Bakı
Avropa Liseyinin şagirdi Miradil Zeynallı 15 yaşadək
oğlanlar arasında 4-cü, 238 nömrəli məktəbin şagirdi
Nicat İsmayılov həmin qrupda 6-cı, 72 nömrəli məktəbin
şagirdi İlkin Bayramov 13 yaşadək oğlanlar arasında
17-ci, 23 nömrəli məktəbin şagirdi Elbrus Məmmədov
21-ci, 212 nömrəli məktəbin şagirdi Nəriman İmanov isə
11 yaşadək oğlanlar arasında 6-cı yeri tutmuşlar.
Digər şahmatçılarımızdan Lənkaran Şəhər Uşaq-Gənclər
Şahmat Məktəbinin yetirmələri Cavidan Babazadə 17
yaşadək qrupda 5-ci, Cəfərsadıq Ağazadə və Orxan
Kərimov isə 13 yaşadək qrupda uyğun olaraq 13-cü və
18-ci, Cahangir Mirizadə isə 11 yaşadək qrupda 12-ci
yerə çıxmışlar.
Zaqatala
Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Nihad Məmmədov
9 yaşadək qrupda isə 9-15-ci yerləri bölüşdürmüşdür.
Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
Şahmat Məktəbinin direktoru Şirmayə Hüseynova 15 yaşadək
qrupun hakimi olmuşdur.
İbrahim MƏMMƏDOV,
komandanın rəhbəri, "Təhsil" Respublika
İdman Mərkəzinin direktor müavini |