Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

29 İyun 2012 - №25

 

Fənlər üzrə elektron resurslar uğurla tətbiq olunur

 

Dövrün tələbinə uyğun olaraq son illər Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarından istifadə ilə bağlı bir çox mühüm işlər görülmüşdür. Bu sahədə dövlət siyasətinin əsas istiqamətlərindən biri də təhsil sahəsinin informasiyalaşdırılmasıdır. Hazırda Təhsil Nazirliyi "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nı uğurla həyata keçirir. Bu proqramın əsas  məqsədi təhsilin bütün səviyyələrində müasir İKT alətlərinin tətbiqi və istifadəsini təmin etmək, beləliklə, təhsilin ümumi səviyyəsini yüksəltməkdir.

"Mədəd-Azərbaycan" təşkilatı İKT-nin tətbiqi məqsədilə "British Council" ilə əməkdaşlıq çərçivəsində "İngilis dili müəllimlərinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi" layihəsinin icrasına başlamışdır. Əsas məqsədi ingilis dilinin tədrisində elektron təhsil resurslarından fəal istifadə edənlərin sayını artırmaqdan ibarət olan layihə Bakı, Sumqayıt, Şirvan, Göyçay və Mingəçevir şəhərləri olmaqla 5 regionda həyata keçirilmişdir. Qeyd edək ki, cari ilin aprel-may aylarında ingilis dilini tədris edən müəllimlər üçün nəzərdə tutulmuş pilot təlimlərdən 114 iştirakçı yararlanmışdır.

İştirakçılar  bildirirlər  ki, təlim zamanı müəllimlərə tədris prosesində müasir texnologiyalardan istifadə qaydaları öyrədilib. Bu imkanları əyani şəkildə tətbiq etməklə təhsil prosesi daha maraqlı və səmərəli olacaqdır, elektron resursların tədris prosesinə tətbiqi sosiallaşma baxımından da çox əhəmiyyətlidir, belə ki, yeni metodlar şagirdlərin qrup şəklində çalışmasına, müəllimlərin həm ölkə daxilində, həm də xaricdəki həmkarları ilə təcrübə mübadiləsinə imkan yaradır, şagirdlərin dərsə həvəslə yanaşmasında, verilən tapşırıqların yerinə yetirilmə keyfiyyətinin artırılmasında elektron resurslardan istifadə önəmli rol oynayır.

Təlim iştirakçılarına təhsil sahəsində elektron resurslardan istifadənin şagirdlərin diqqətinin mərkəzləşdirilməsi, təhsilin fərdiləşdirilməsi  imkanı, şagirdlərin materialı tez və dəqiq məlumat əldə etməklə mənimsəməsi və beləliklə, ümumilikdə dərsin səmərəliliyinin artırılması istiqamətində müsbət tərəfləri haqqında geniş məlumat verilmişdir. Bu layihə müəllimlərin birgə fəaliyyət vərdişlərinə yiyələnərək fəal öyrənmə vasitəsilə yaradıcı, analitik və tənqidi təfəkkürlərinin inkişafına xidmət edir.  

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov