Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

29 İyun 2012 - №25

 

Təhsil işçiləri internet-konfransda görüşdülər

 

Bildiyimiz kimi, 2008- 2009-cu dərs ilindən etibarən ölkəmizin ümumtəhsil məktəblərində yeni fənn proqramları (kurikulumları) tətbiq edilir. Bu da yeni dərsliklərin hazırlanması, müəllim kadrlarının ixtisasının artırılmasında yeni modellərin tətbiqini, şagird nailiyyətlərinin qiymətləndirilməsi mexanizminin daha da təkmilləşdirilməsini zəruri edir. İldən-ilə bu istiqamətdə aparılan işlər təhsilin keyfiyyətinə müsbət təsir göstərir.

Ayrı-ayrı şəhər və rayonların ümumtəhsil məktəblərində aparılan zona konfranslarında müzakirələr, təcrübə mübadiləsinin aparılması artıq ənənə  halı alıb. Təhsil işçiləri üçün böyük əhəmiyyət daşıyan bu ənənə iyunun 22-də yeni formada davam etdirildi.

Həmin gün Təhsil Nazirliyi Gəncə Şəhər Təhsil İdarəsi ilə birlikdə internet- konfrans təşkil etmişdi. Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksindən Təhsil Nazirliyinin, 27 nömrəli riyaziyat- informatika təmayüllü liseydən isə Gəncə Şəhər Təhsil İdarəsinin nümayəndələri internet məkanında görüşdülər.

İnternet-konfransda Bakıdan Təhsil Nazirliyinin şöbə müdiri, "Kurikulum islahatının davam etdirilməsi və kurikulumun tətbiqinə dəstək" alt-komponenti üzrə koordinator Aydın Əhmədov Gəncədəki təhsil işçilərinə təbriklərini çatdırdı. Belə internet-konfransların hər iki tərəfin təhsil işçiləri üçün bir-birlərinin təhsil sahəsində qazandıqları təcrübənin öyrənilməsi baxımından olduqca faydalı və mühüm əhəmiyyət kəsb etdiyini söylədi. Sonra A.Əhmədov bu internet-konfransda iştirak edən Təhsil Nazirliyinin Məktəbəqədər təhsil sektorunun müdiri N.Alnağıyevanı, Kurikulum Mərkəzinin direktoru Ə.Abbasovu, AMİ-nin prorektoru R.Əzizovu, Təhsil Problemləri İnstitutunun, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, VMA-nın əməkdaşlarını, Bakının qabaqcıl məktəblərinin direktorlarını, qabaqcıl müəllimləri və valideynləri qarşı tərəfin təhsil işçilərinə təqdim etdi.

Konfransda çıxış edən Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov hazırda Gəncə şəhər təhsil sistemində aparılan uğurlu islahatlardan, məktəblərdə informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə olunmasından, qarşıya çıxan problemlərin həlli yollarından geniş söhbət açdı.

Sonra Gəncə məktəblərinin rəhbərləri, qabaqcıl müəllimləri, valideynlər İnternet məkanında fikir mübadiləsi apardılar. Onlar öz fəaliyyətləri haqqında məlumat verdilər, iş zamanı qarşılaşdıqları problemlərlə bağlı suallar səsləndirdilər.

Qeyd edilən müəllim hazırlığı, gənc kadrların işə qəbulu, 12 illik təhsilə keçid, yeni hazırlanan dərsliklərdə hansı yeniliklərin olacağı, elektron dərsliklərin yaradılması haqqında, iş dəftərlərində olan bəzi problemlər, istedadlı şagirdlərlə iş və digər çoxsaylı sualları Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov, Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov və Məktəbəqədər təhsil sektorunun   müdiri  Nərminə  Alnağıyeva yerindəcə cavablandırdılar və müvafiq tövsiyələrini verdilər.

Eyni zamanda konfransda Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva, Bakıdakı 189 nömrəli tam orta məktəbin direktoru Ceyran Kuliyeva, Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova və başqaları çıxış edərək fəaliyyət göstərdikləri təhsil müəssisələrində əldə edilmiş müəyyən təcrübə ilə gəncəli həmkarlarını tanış etdilər. Həmçinin qarşı tərəfi maraqlandıran sualları da ətraflı cavablandırdılar. Onu da xüsusi vurğuladılar ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu təhsil siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Daha sonra çıxışçılar ölkədə təhsil sahəsində qazanılan müvəffəqiyyətlərdən də danışdılar. Azərbaycan təhsilinin inkişafında, maddi-texniki bazasının gücləndirilməsində Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rolunu xüsusi qeyd etdilər.

İki saata yaxın davam edən konfransda bir-birlərini İnternet vasitəsi ilə yaradılan görüntülərlə seyr edən hər iki tərəfin təhsil işçiləri gələcəkdə belə internet-konfransın digər şəhər və rayonlarımızda da keçirilməsini, həmçinin təhsil müəssisələrində əldə edilən təcrübə ilə yaxından tanışlıq məqsədilə qarşılıqlı səfərlərin olmasını arzuladılar.

Sonda Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov bir daha internet-konfransda iştirak edən təhsil mütəxəssislərinə və Gəncə təhsil işçilərinə fəaliyyətlərində uğurlar diləyərək onlara ən xoş istəklərini çatdırdı. Bu konfransın təşkil edilməsində əməyi olan insanlara öz təşəkkürünü bildirdi. 

Ədalət DAŞDƏMİRLİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov