| 
						
						 Məktəblilər 
						arasında atletikanın kütləviliyinin artırılması və 
						inkişaf etdirilməsi, gənc idmançıların ustalığının 
						yüksəldilməsi, bacarıqlı idmançıların müəyyən edilməsi 
						istiqamətində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 
						tabeliyində fəaliyyət göstərən 5 nömrəli 
						İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər 
						Atletika Məktəbinin rolu əvəzedilməzdir. Gənc atletlərin 
						hərtərəfli fəaliyyət göstərmələrindən ötrü burada lazımi 
						şərait yaradılmışdır. Məşqlər eyni zamanda Respublika 
						Olimpiya Mərkəzində aparılır. İdmançıların hazırlığını 
						yoxlamaq məqsədilə Atletika Məktəbində vaxtaşırı sınaq 
						yarışları keçirilir. Şəhər və respublika miqyaslı 
						tədbirlərdə Məktəbin yetirmələrinin iştirakı təmin 
						edilir, onlar yarışlara, birinciliklərə qatılırlar. 
						
						"İdman ili" çərçivəsində Atletika Məktəbinin 
						təşkilatçılığı ilə Respublika Olimpiya Mərkəzində "Beynəlxalq 
						Qaçış Günü"nə həsr olunmuş növbəti tədbir həyata 
						keçirilmişdir. Açıq birincilikdə Atletika Məktəbinin 
						yetirmələri ilə yanaşı Sumqayıt Uşaq - Gənclər İdman 
						Məktəbinin və Ümid İdman Cəmiyyətinin gənc atletləri də 
						iştirak etmişlər. Qızlar və oğlanlar arasında top atma 
						yarışında Ülviyyə Cabbarova və Ülvi Məsimli, uzunluğa 
						tullanmada Yelena Pextereva və Sahib Əliyev (5¹-li 
						İOEUGAM), 60 m məsafəyə qaçışda Rəşidə Hüseynova (5¹-li 
						İOEUGAM) və Fuad Gülbalayev (Sumqayıt UGİM) yüksək 
						nəticə göstərmişdir. Estafet qaçışında da 5 nömrəli 
						İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq - Gənclər 
						Atletika Məktəbinin yetirmələri fərqlənmişlər. Qaliblərə 
						diplom və hədiyyələr təqdim edilmişdir.  
						
						
						Rövşən  TALIBOĞLU |