Şamaxı
Şahmat məktəbinin direktoru, əməkdar müəllim Asif
Ağayevdən aldığımız məlumatda bildirilir ki, 24 may- 2
iyun tarixlərində Oğuz rayonunda 28 May- Respublika
Gününə həsr olunmuş respublika şahmat turniri keçirilib.
Turnirdə 20-dən çox şəhər və rayon şahmatçıları mübarizə
aparıb. Bakı və Sumqayıt şahmatçılarının çoxluq təşkil
etdiyi yarışlar gərgin idman mübarizəsi şəraitində keçib.
Bu yarışda yüzdən çox şahmatçı İsveçrə sistemi üzrə
mübarizə aparıb. 5 yaş qrupu üzrə oğlanlar və qızlar
arasında qaliblər müəyyənləşdirilib. 4 nəfər Şamaxı
şahmatçısı turniri uğurla başa vurub. 10 yaşa qədər
şahmatçılar arasında şəhər 9 nömrəli tam orta məktəbin
III sinif şagirdi Mənsur Sərxanov 5,5 xalla II nəticə
göstərib. Həmin məktəbin IV sinif şagirdi Asim Sərxanov
6 xalla 12 yaşa qədər şahmatçılar arasında III olub. Bu
yaş qrupunda çıxış edən digər Şamaxı şahmatçısı-şəhər 1
nömrəli tam orta məktəbin V sinif şagirdi Cavanşir
Məmmədov da 6 xal toplayaraq III-IV yerləri bölüşdürüb.
14 yaşa qədər şahmatçılar arasında çıxış edən şəhər 2
nömrəli tam orta məktəbin VII sinif şagirdi Niyaz
Məmmədov da gərgin mübarizə nəticəsində III nəticə
göstərib.
Ümumu turnirin qalibi adına isə Bakı şahmatçısı Aytən
Əmrayeva layiq görülüb.
Turnirin qaliblərinə diplom və mükafatlar təqdim
olunub.
ƏDALƏT |