Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

22 İyun 2012 - №24

 

Şəmkir rayonunun Dəllər Cəyir kəndində Uşaq İnkişaf və Məktəbəqədər Hazırlıq Mərkəzi açılıb

 

2011-ci il ərzində Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi BP və tərəfdaşlarının maliyyə dəstəyi ilə Şəmkir rayonunun Qılıncbəyli, Keçili, Sabirkənd, Dəllər Cəyir və Dəllər Cırdaxan kəndlərində "Mövcud məktəbəhazırlıq proqramlarının keyfiyyətinin artırılması və yeni məktəbəhazırlıq imkanlarının yaradılması yolu ilə azyaşlı uşaqları olan ailələrə dəstək" layihəsini həyata keçirib. Bu layihənin böyük nailiyyətlərindən biri də Dəllər Cəyir kəndində yerli bələdiyyə nəzdində məktəbəhazırlıq qrupunun yaradılmasının valideynlər tərəfindən böyük maraqla qarşılanması olub. Ona görə ki, bu layihə məktəbəqədər təhsilə xidmət sahəsində Azərbaycanda bələdiyyə nəzdində fəaliyyət göstərən ilk və yeganə alternativ layihədir. 5-6 yaşlı uşaqlar üçün yaradılan bu məktəbəhazırlıq qrupu tədricən Dəllər Cəyir kəndində Uşaq İnkişaf və Məktəbəqədər Hazırlıq Mərkəzinə çevrilib. Ötən illər ərzində mərkəz 300-ə qədər kiçikyaşlı uşağa pullu xidmət göstərib və hazırda 48 uşaq mərkəzin bu yeni binasında məşğələ keçir.

İyunun 19-da Şəmkir rayonunun Dəllər Cəyir kəndində layihə əsasında yaradılmış Uşaq İnkişaf və Məktəbəqədər Hazırlıq Mərkəzinin açılış mərasimi oldu.

Valideynlərin, müəllimlərin, tərbiyəçilərin, icma və bələdiyyə nümayəndələrinin, dəvət olunmuş qonaqların iştirak etdiyi tədbiri Dəllər Cəyir kənd icma qrupunun və idarə heyətinin sədri Namiq Məmmədov açaraq bütün iştirakçıları salamladı. Bildirdi ki, bu məktəbəqədər hazırlıq qrupu əvvəllər kənd bələdiyyəsi və yerli icra nümayəndəliyinin binasında yerləşirdi. Həmin bina uşaqların məşğələ keçməsi üçün əlverişsiz idi. Kəndimizin icra nümayəndəsi Tünzalə Hüseynova hazırlıq qrupunun kənd məktəbinin stadionunda istifadəsiz qalmış, vaxtı ilə futbolçular üçün soyunub-geyinmə otağı kimi tikilmiş bu binaya köçməsini təklif etdi. Şəmkir Rayon Təhsil Şöbəsi və Dəllər Cəyir kənd bələdiyyəsi arasında əvəzsiz icarə müqaviləsi imzalandıqdan sonra bina Uşaq İnkişaf və Məktəbəqədər Hazırlıq Mərkəzinə verildi. Mərkəzin binası BP şirkətinin maliyyə dəstəyi və kənd icmasının əməyi ilə əsaslı təmir edildi. Bütün zəruri avadanlıqlar alınaraq quraşdırıldı. İndi gördüyünüz bu binada kəndimizin 5-6 yaşlı uşaqları böyük həvəslə həftənin beş günü məşğələlər keçirlər.

Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlinski öz çıxışında yeddi minə yaxın əhalisi olan Dəllər Cəyir kəndində belə bir mərkəzin yaradılmasının təqdirəlayiq hal olduğunu bildirdi. O, bu mərkəzin bina ilə təmin edilməsinə kömək etdikləri kimi təhsillə bağlı bütün sahələrdə də onlara yardımçı olacaqlarını söylədi və Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi tərəfindən uğurla həyata keçirilən layihənin rayon təhsilinə böyük dəstək verəcəyini vurğuladı.

Mərasimdə çıxış edən Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin icraçı direktoru Ülviyyə Mikayılova layihənin Dəllər Cəyir kəndində həyata keçməsinə yardımçı olan, dəstək verən rayon icra hakimiyyəti, təhsil şöbəsi, bələdiyyə və icma nümayəndələrinə dərin təşəkkürünü bildirdi.

Sonra tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti iqtisadiyyat şöbəsinin müdiri Sabir Quliyev, şəhər icra hakimiyyətinin nümayəndəsi Çingiz Həsənov, BP-nin nümayəndəsi Vüqar Ərəbov, 14 saylı ərazi vergilər idarəsinin rəisi Fəxrəddin Əliyev, Dəllər Cəyir kənd bələdiyyəsinin sədri Şaban Həsənov, layihənin əlaqələndiricisi Pərvin Qəhrəmanova və digərləri çıxış edərək ümummilli lider Heydər Əliyevin, onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ölkə təhsilinə göstərdikləri qayğıdan minnətdarlıq hissi ilə söhbət açdılar. Bildirdilər ki, Dəllər Cəyir kəndində yaradılan mərkəz uşaqların məktəbəqədər hazırlığında çox mühüm rol oynayacaqdır. Onlar bu mərkəz üçün yaxın günlərdə yeni su xəttinin çəkiləcəyini, həyətyanı sahəsinin asfaltlanacağını və digər abadlıq işləri görüləcəyini  də vəd etdilər.

Çıxışlar bitdikdən sonra mərkəzin qapısındakı qırmızı lent kəsildi. İştirakçılar binada yerləşən beş otaqda  məktəbəqədər hazırlıq qrupları üçün yaradılmış şəraitlə, xüsusi zövqlə tərtib olunmuş guşələrlə tanış oldular.

Biz  də mərkəzdə fəaliyyət göstərən müəllimlər - Zülfiyyə Qurbanova və Aytəkin Məmmədova ilə görüşdük. Onların 5-6 yaşlı uşaqlarla apardıqları məşğələləri dinlədik. Eyni zamanda  burada məktəbəqədər hazırlıq məşğələləri keçən uşaqlar - Daşqın Əliyevlə, Səma Əsgərova ilə, Elmir Sadıqovla sual-cavab xarakterli söhbətlər etdik.Valideynlər - Rahilə Əsgərova, Lamiyə Sadıqovanın, Dəllər Cəyir tam orta məktəbinin ibtidai sinif müəllimi Südabə Məmmədovanın burada məktəbəqədər hazırlıq mərkəzinin açılmasına necə sevindiklərinin, razılıq etdiklərinin də şahidi olduq.

Elə həmin gün Uşaq İnkişaf və Məktəbəqədər Hazırlıq Mərkəzinin açılışı münasibəti ilə kənd sakinlərinə yeni-yeni uğurlar diləyib ayrıldıq. 

Ədalət DAŞDƏMİRLİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov