Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

22 İyun 2012 - №24

 

"Uşaqlar üçün maliyyə təhsili və maliyyə savadlılığı: gələcək naminə bərabər imkanlar" mövzusunda Milli konfrans

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkədə maliyyə savadlılığına dair bir sıra əhəmiyyətli layihələri uğurla davam etdirir.

2009-cu ildən etibarən "Əflatun" - Uşaq Sosial və Maliyyə Təhsili Şəbəkəsinin üzvü olan "Ümidli gələcək" Gənclər Təşkilatı Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə 2011-ci ildən Bakının 20-dən çox məktəbində proqramın icrasına başlamışdır.  "Əflatun"-sosial və maliyyə təhsili" adlanan həmin proqram məktəbyaşlı uşaqlara maliyyə yığımı, maliyyənin idarə olunması, maliyyədən səmərəli istifadə və maliyyənin sosial yönümlü təşəbbüslərə istifadəsi ilə bağlı bilik və bacarıqlar aşılayır. İndiyədək 300-dən çox şagird üçün maliyyə və iqtisadiyyat məsələlərinə dair təlimlər təşkil edilmişdir.  Hazırda pilot olaraq xüsusi dərnəklər və məktəb  klublarının yaradılması üzərində iş aparılır. "Ümidli gələcək" Gənclər Təşkilatı tərəfindən proqramın tərkib hissəsi olan tədris vəsaitlərinin dördü artıq Azərbaycan dilinə tərcümə olunub və hazırda redaktə olunmaqdadır.

Bu işlərin davamı olaraq iyunun 12-də "Hilton Baku" otelində Mərkəzi Bank, Təhsil Nazirliyi, "Ümidli gələcək" Gənclər Təşkilatı, YUNİSEF-in Azərbaycan nümayəndəliyi, Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları  Fondu,  "Əflatun" - Uşaq Sosial və Maliyyə Təhsili Şəbəkəsi ilə birgə əməkdaşlıq çərçivəsində "Uşaqlar üçün maliyyə təhsili və maliyyə savadlılığı: gələcək naminə bərabər imkanlar" mövzusunda Milli konfrans keçirilib.

Konfransın əsas məqsədi  uşaqlara erkən yaşlarından maliyyə davranışını aşılamaqla onların rifahının yüksəldilməsidir.

Konfransda xüsusi vurğulanıb ki, son zamanlar bütün dünyada əhalinin maliyyə savadlılığının aşağı səviyyədə olması ilə bağlı narahatlıqlar getdikcə artmaqdadır. Davam etməkdə olan maliyyə böhranı şəraitində dünya ictimaiyyəti tərəfindən maliyyə savadlılığı əsas həyat bacarıqlarından biri kimi dəyərləndirilir, maliyyə və iqtisadi sabitliyin və inkişafın vacib elementi kimi qəbul edilir.

Tədbirdə adıçəkilən qurumların məsul əməkdaşları, YUNİSEF-in Azərbaycan ofisinin rəhbəri, "Əflatun" - Beynəlxalq Uşaq Sosial və Maliyyə Təhsili Şəbəkəsinin Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə proqram rəhbəri, eləcə də müxtəlif dövlət qurumlarının, ölkədə fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatların, bank və digər  maliyyə institutlarının nümayəndələri iştirak ediblər. 

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov