İyunun 12-də Bakıda fəaliyyət göstərən Misir
Mədəniyyət Mərkəzinin dəstəyi, Bakı Rəsm Qalereyası və
"Esmeralda" Uşaq və Yeniyetmə Yaradıcılıq Studiyasının
təşəbbüsü ilə "Dürrə ağacı" adlı rəsm sərgisi keçirilib.
Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına
sərgi salonunda baş tutan sərgidə 100-dən artıq əsər
nümayiş etdirilib. Əsərlər azərbaycanlı və misirli uşaq
və yeniyetmələrə məxsus olub. 25 azərbaycanlı və 15
misirli rəssamın iştirak etdiyi sərgidə hər iki ölkənin
tarixi keçmişini, milli bayramlarını, memarlıq
abidələrini əks etdirən yağlı və sulu boya, qarışıq
texnika üslubunda çəkilən əsərlər təqdim edilib. Sərgi
iştirakçılarına diplomlar, hədiyyələr və sərgini özündə
əks etdirən rəngli kataloqlar təqdim olunub.
Sifai SƏFƏROVA |