Heydər Əliyev öz məğrur səsilə dünyanın bütün
dövlətlərinin ali kürsülərindən cəsarət və mərdliklə öz
fikirlərini belə bəyan etdi: "Azərbaycanın müstəqilliyi
dönməzdir, əbədidir. Azərbaycan bundan sonra heç
zaman, heç bir dövlətin vassalı və müstəmləkəsi
olmayacaqdır".
Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında
ulu öndər Heydər Əliyevin xatirəsi bir daha yad
edilərək 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş
tədbir keçirildi. Tədbir Milli Qurtuluş Gününə həsr
olunmuş filmin nümayişi ilə başladı.
Tədbiri giriş sözü ilə AMİ-nin Şamaxı filialının
direktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru
T.Yusifova açaraq bildirdi ki, 1993-cü ilin may-iyun
aylarında Azərbaycan xalqı öz tarixinin ən ağır
günlərini yaşayırdı. Birinci Qarabağ müharibəsində böyük
itkilər, hərbi uğursuzluqlar, iqtisadi tənəzzül, dövlət
rəhbərliyindəki çəkişmələr xalqın səbir kasasını
daşdırırdı. O dövrki hakimiyyətin səriştəsizliyi və
iradəsizliyi üzündən xalq arasında qiyam getdikcə daha
geniş miqyasda yayılaraq vətəndaş müharibəsi xarakteri
almışdı.
1993-cü il iyun ayının 15-də ulu öndərimiz Heydər Əliyev
xalqın tələbi ilə Bakıya gələrək Ali Sovetin sədri
vəzifəsinə seçildi. Ulu öndərin hakimiyyətə qayıdışı ilə
hadisələrin gedişində həlledici dönüş baş verdi. Müdrik
dövlət xadimi vətəndaş müharibəsi təhlükəsini aradan
qaldırdı.
Tədbirdə filialın dosenti, tarix elmləri üzrə fəlsəfə
doktoru Mayıl Alıcanov "Müstəqilliyə gedən şərəfli yol",
ümumelmi fənlər kafedrasının əməkdaşlarından Sabir
Ələkbərov "Qayıdışdan inkişafa doğru", Zərifə Cavadova
"Möhtəşəm qayıdış", Şasəddin Mikayılov "Müstəqilliyimiz
əbədidir" mövzularında çıxış edərək Qurtuluş gününə həsr
olunmuş bu bayramın əhəmiyyətindən danışdılar.
Tədbirdə filialın tələbələri adından I kurs tələbəsi
Nərminə Hüseynova və II kurs tələbəsi Xaliq Tapdıqzadə
çıxış etdilər. |