Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

15 İyun 2012 - №23

 

Azərbaycan dövlətçiliyinin xilası günü

 

İyunun 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. ADPU-nun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor  Yusif Məmmədov əlamətdar gün münasibətilə kollektivi təbrik edib və  tədbirin əhəmiyyətindən danışıb.

Bildirilib ki, 15 iyun  xalqımızın qurtuluş mübarizəsinin təntənəsi və qələbə çaldığı bir gündür. Bu tarixi gün, eyni zamanda Azərbaycan dövlətçiliyinin xilası günüdür. Həmin gün xalqımız ümummilli lider Heydər Əliyevin böyük müdrikliyi, qətiyyəti, siyasi uzaqgörənliyi, gərgin səyləri və fədakarlığı sayəsində vətəndaş müharibəsi təhlükəsindən xilas olmuş, sabitlik və tərəqqi yoluna çıxmış, ölkəmizdə əsl hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun bünövrəsi qoyulmuşdur.

Sonra  ADPU-nun türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının professoru Mais Əmrahov, tarix fakültəsinin magistrantı Təhminə Yarəliyeva və digər çıxış edənlər də ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıblar.

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov