*
Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan
xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan
vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt
adam kimi həyatımı başa çatdıracağam. Buna da nail
olmağa çalışıram və çalışacağam.
*
Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır,
sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın
bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da
yüksəklərə qaldıracaqdır.
*
Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun
saxlanılması, daimi, əbədi olması bundan da çətindir.
*
İnsan azadlığı, söz, vicdan azadlığı, insan hüquqlarının
qorunması, bütün vətəndaşların eyni hüquqa malik olması,
siyasi plüralizm Azərbaycanda demokratik cəmiyyətin əsas
atributları kimi bərqərar olmalıdır.
*
İndi müstəqil Azərbaycan dövlətinin qarşısında duran ən
böyük vəzifələrdən biri respublikanın pozulmuş ərazi
bütövlüyünü bərpa etməkdir.
*
Azərbaycanda zorla, güc işlətməklə, silah gücünə
hakimiyyət əldə etmək mümkün deyildir. Bunu hamı
bilməlidir, hamı dərk etməlidir və belə cinayət
əməllərindən çəkinməlidir!
*
Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam
ictimai-siyasi mühit olmasa heç bir sosial-iqtisadi
proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət
gedə bilməz.
*
Milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin
adət-ənənələri ilə, xüsusiyyətləri ilə, xalqımızın,
dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır.
*
Silahlı Qüvvələrin yaradılması Azərbaycanın dövlət
müstəqilliyini və suverenliyini təsdiq edən, onu nümayiş
etdirən amillərdən biridir.
*
Tariximiz zəngindir, eyni zamanda əzab-əziyyətli
tarixdir. Xalqımız əsrlər boyu böyük sınaqlardan,
çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini,
öz dilini itirməmişdir.
*
Hər bir şəxs Konstitusiya və qanunlara dönmədən əməl
etməli, ondan irəli gələn dövlət və cəmiyyət
qarşısında vəzifələri layiqincə yerinə yetirməli,
ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət
quruculuğu prosesində yaxından iştirak etməlidir.
*
Azərbaycan Respublikası dünya birliyi ilə tamhüquqlu
inteqrasiyaya istiqamət götürmüşdür və bunun üçün bütün
imkanlara malikdir.
*
Bizim bütün təbii sərvətlərimiz xalqa məxsusdur və bu
sərvətlərdən istifadə olunmasında heç kəsin müstəsna
haqqı yoxdur.
*
Azərbaycan xalqı bəşər tarixinə böyük, dəyərli, dahi
simalar bəxş etmiş, onların əsərləri, yaradıcılığı dünya
elmini, mədəniyyətini zənginləşdirmiş, insanları
maarifləndirmişdir.
*
Azərbaycan müəllimləri ən yüksək mənəviyyata,
vətəndaşlıq hisslərinə malik olan insanlardır.
*
Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə,
bütün varlığımıza görə müəllimə borcluyuq.
*
İndi dərs alan uşaqlar, gənclər gərək mütləq və mütləq
bizim yeni dərsliklər əsasında oxusunlar.
*
Bizim indiyə qədər yaranmış və yüksək nailiyyətlər
əldə etmiş dövlət təhsil sistemi bundan sonra da
inkişaf edəcək, yaşayacaq...
*
İndi təhsil sahəsində gedən islahatlar müxtəlif xarakter
daşıyır. Çox sevindirici haldır ki, biz dünyanın inkişaf
etmiş ölkələrinin təhsil sistemlərinin təcrübəsini
öyrənirik və tətbiq edirik.
*
İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara
təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla
yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşı
hazırlamaqdır, müstəqil Azərbaycanın cəmiyyətinin
ləyaqətli üzvünü hazırlamaqdır.
*...Məktəb,
maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab
edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən
olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin
təhsilinə, müəllimə kömək etməlidir. Bu mənim prinsipial
mövqeyimdir...
*
Böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycanda
təhsil iyirminci əsrdə çox sürətlə inkişaf edibdir və
təhsilə cəlb olunmayan uşaq, gənc, insan yoxdur. Bu,
bizim böyük nailiyyətimizdir ki, xalqımız tam
savadlıdır, tam təhsillidir.
*
Milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün
məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çox
ciddi fikir vermək lazımdır... Gənclərimiz öz tarixini,
öz tarixi keçmişini gərək yaxşı bilsinlər. Çünki
mənəviyyatımız, gənclərin bugünkü və gələcək mənəviyyatı
bununla bağlıdır.
*
XX əsrdə keçdiyimiz tarixi yolda xalqımızın
təhsillənməsi, ali təhsilin yaranması və inkişaf etməsi,
elmin, mədəniyyətin, iqtisadiyyatın inkişaf etməsi
ölkəmizi yüksək səviyyələrə gətirib çatdırıbdır...
Azərbaycan elmin, təhsilin, mədəniyyətin, iqtisadiyyatın
inkişafına görə öncül yerlərdən birini tutur.
*
Azərbaycandan kənara - başqa ölkələrə təhsil almağa
gedən gənclərə xüsusi tövsiyəm ondan ibarətdir ki, siz
hansı ölkədə olursunuzsa olun, birinci vəzifəniz yüksək
təhsil almaqdan, o təhsil ocağının imkanlarından
istifadə edib hərtərəfli, hazırlıqlı bir vətəndaş
olmaqdan ibarətdir.
*
Azərbaycanda təhsil sistemi dövlət qayğısı altındadır.
Yəni Azərbaycanın məktəbləri, təhsil müəssisələri,
universitetləri, az hissəsini nəzərə almasaq, demək olar
ki, hamısı dövlətə məxsusdur. Dövlət təhsilin
maliyyələşdirilməsini, yüksək təhsil almaq üçün müasir
maddi-texniki bazanın yaradılmasını, məktəblərin
şəraitinin yaxşılaşdırılmasını özünün əsas
vəzifələrindən biri hesab edir. |