Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

8 İyun 2012 - №22

 

Uşaqların bayram sevinci

 

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Monte-Kristo" şadlıq sarayında   əlil və sağlamlığı məhdud olan, İcma əsaslı reabilitasiya mərkəzində xidmət göstərilən, müxtəlif uşaq evlərində tərbiyə alan, həmçinin  rayonun aztəminatlı ailələrinin uşaqları üçün əyləncəli bayram tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov burada iştirak edən bütün uşaqları və onların valideynlərini 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibəti ilə təbrik etmiş, onlara cansağlığı, xoşbəxt həyat və səadət arzulamışdır. Bu günün yaranma tarixi haqqında məlumat verən A.Əsgərov bildirmişdir ki, Azərbaycanda uşaqlar dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuşlar.

Qeyd olunmuşdur ki, Azərbaycanda uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycanlı uşaqlar hər il Heydər Əliyevlə olan görüşlərdə hədsiz sevinclə iştirak edir və böyük ilham alırdılar. Bu səmimi görüşlər hər bir uşağın yaddaşında əbədi iz qoymuşdur.

Ümummilli lider Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin daim yaşayacağına və azərbaycanlı uşaqların taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Ölkə başçısının 2009-cu ilin lUşaq ili» elan olunması ilə bağlı sərəncamı Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır.

Qeyd edilmişdir ki, Heydər Əliyev Fondunun fəaliyyəti  Azərbaycanın  gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsidir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında ötən illər ərzində respublikamızın ən müxtəlif bölgələrində yüzlərlə müasir məktəb binası tikilib istifadəyə verilmiş, körpələr evi, uşaq bağçası və internat-məktəb əsaslı təmir olunmuşdur. Bu gün dövlətimiz hər bir azərbaycanlı uşağın yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Məqsəd uşaqların layiqli, firavan yaşayışının, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir.  

Tədbir tanınmış müğənnilərin ifasında konsert proqramı ilə davam etdirilmiş, sonda uşaqlara hədiyyələr paylanmışdır. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov