Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

8 İyun 2012 - №22

 

Tələbə elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş konfrans

 

Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş Tələbə Elmi Cəmiyyəti xətti ilə yerinə yetirilən tələbə elmi-tədqiqat işlərinin yekunları ilə bağlı elmi konfrans keçirildi. Konfransı giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli Tələbə Elmi Cəmiyyətini böyük elmin magistral yolunda ilk məktəb, başlanğıc laboratoriya adlandırdı. Vurğulandı ki, universitetin 1968-ci ildən fəaliyyətə başlayan Tələbə Elmi Cəmiyyəti ali təhsil tarixində, bugünkü tanınmış elm xadimləri və pedaqoqların alim-ziyalı kimi yetişməsində özünəməxsus rola malikdir. Qeyd olundu ki, burada iştirak edən tələbələr bilik və dünyagörüşü, natiqlik qabiliyyəti, elmi auditoriyalara alışqanlıq  qazanır, magistratura pilləsində təhsil ala biləcək real namizədlərə çevrilirlər. Rektor,Tələbə Elmi Cəmiyyəti xətti ilə yerinə yetirilən builki elmi-tədqiqat işlərinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin müasir elmi kontekstdən araşdırılması baxımından da əhəmiyyət kəsb etdiyini bildirdi, tələbələrə uğurlar arzuladı.

Elmi işlər üzrə prorektor, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov çıxış edərək universitetin Tələbə Elmi Cəmiyyətinin son nailiyyətlərindən danışdı. Qeyd olundu ki, elmi hissə ilə birgə aktual və elmi-təcrübi perspektivi olan mövzuların seçilməsi, onların hazırlanmasında müasir informasiya-kommunikasiya texnologiyalarından, İnternet resurslarından istifadə olunması istiqamətində əsaslı iş aparılmışdır. Nəticədə 167 tələbənin elmi-tədqiqat işi müvafiq olaraq I, II və III yerlərə layiq görülmüş, qiymətləndirmə zamanı obyektivlik və şəffaflıq gözlənilmişdir.

Universitetin Tələbə Elmi Cəmiyyətinin sədri, hüquqşünaslıq ixtisası üzrə I kurs tələbəsi, Prezident təqaüdçüsü Ramazan Abdullayev TEC-in yekun hesabatını diqqətə çatdırdı. Bildirildi ki, 2011-2012-ci tədris ilində Tələbə Elmi Cəmiyyətinin üzvləri universitetdə keçirilən Qafqaz Universitetlər Birliyinin Birinci Naxçıvan Beynəlxalq Simpoziumunda, Bakı Slavyan Universitetində keçirilən Tələbələrin XXII Ümumrespublika konfransında və konfrans çərçivəsində keçirilən "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir" inşa müsabiqəsində, ali məktəb tələbələrinin XVII Respublika Fənn Olimpiadasında uğurla iştirak etmişlər.  Habelə Naxçıvan Dövlət Universitetinin Gənc Alimlər Şurası ilə birlikdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan gəncliyi" elmi konfransı təşkil olunmuşdur. Hesabatda TEC-in bugünkü inkişafı müxtəlif illərə məxsus göstəricilərin statistik müqayisəsi yolu ilə çatdırıldı.

Konfransda TEC xətti ilə yerinə yetirilən, elmi yeniliyi ilə xüsusi fərqlənən tədqiqat işlərindən bəziləri auditoriyaya təqdim olundu. Beynəlxalq münasibətlər ixtisası üzrə III kurs tələbəsi Gülçin Ağayevanın beynəlxalq münasibətlər kafedrasının müəllimi Seymur Talıbovun rəhbərliyi ilə "Azərbaycan Respublikasının enerji siyasətinin formalaşmasında ümummilli lider Heydər Əliyevin rolu", pediatriya ixtisası üzrə IV kurs tələbəsi Osman Cəfərlinin pediatriya kafedrasının müdiri, dosent Adil Mirişlinin elmi rəhbərliyi ilə "Uşaqlarda şəkərli diabetin gedişi xüsusiyyətləri" mövzularında hazırladıqları elmi-tədqiqat işləri konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı.

Sonda universitet Tələbə Elmi Cəmiyyəti təşkilatçılarına, fakültə üzrə TEC sədrlərinə üzvlük vəsiqələri paylandı, yer tutan tələbələrə diplomlar təqdim olundu.  

Mehriban SULTAN

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov