Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

8 İyun 2012 - №22

 

"Milli kvalifikasiyalar çərçivəsinin tətbiqi: problemlər və perspektivlər" mövzusunda beynəlxalq seminar

 

İyunun 5-6-da Bakıdakı "Avropa" otelində "Milli kvalifikasiyalar çərçivəsinin tətbiqi: problemlər və perspektivlər" mövzusunda beynəlxalq seminar keçirildi. Seminarda təhsil nazirinin müavini Qulu Novruzov, Avropa Şurasının nümayəndəsi Katia Dolqova-Dreyer, Avropa Təhsil Fondunun eksperti Aryen Deij, Dünya Bankının eksperti Olav Aarna və digər beynəlxalq qurumların əməkdaşları iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Qulu Novruzov seminarın Azərbaycanın Avropa təhsil məkanına inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb etdiyini söylədi. Nazir müavini bildirdi ki, Azərbaycan müstəqil dövlət kimi bütün istiqamətlər üzrə, o cümlədən də təhsil sahəsində beynəlxalq aləmə uğurla inteqrasiya olunur. Milli kvalifikasiyalar çərçivəsinin tətbiqinin zəruri islahatlardan biri olduğunu vurğulayan Q.Novruzov seminarda müzakirə olunacaq məsələlərlə bağlı fikirlərini diqqətə çatdırdı. İştirakçılara ölkədə aparılan məqsədyönlü təhsil islahatları barədə məlumat verən Q.Novruzov Azərbaycanın Avropa təhsil məkanına - Boloniya prosesinə qoşulduğunu bildirdi. Nazir müavini respublikamızda bu prosesin tələblərinə uyğun reallaşdırılan tədbirlərdən söz açaraq bildirdi ki,  milli kvalifikasiyalar çərçivəsinin əsas əhəmiyyəti təhsilin bütün pillələrində - ibtidai təhsildən tutmuş doktorantura təhsilinə qədər təhsil pillələri və təhsil sənədlərində verilən bilik və kompetensiyaların çərçivəsini müəyyənləşdirməkdir. Seminarın əhəmiyyətinə toxunan Q.Novruzov qeyd etdi ki, 2010-cu ildə Budapeşt və Vyanada keçirilən Boloniya prosesinə üzv ölkələrin təhsil nazirlərinin konfransında Avropa təhsil məkanında səmərəliliyin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, verilən təhsil sənədlərinin qarşılıqlı olaraq tanınması və beynəlxalq təhsildə şəffaflığın təmin olunması məqsədilə Avropa Kvalifikasiyalar Çərçivəsinə uyğunlaşdırılmış Milli Kvalifikasiyalar Çərçivələrinin  hazırlanması tövsiyə olunub. Buna uyğun olaraq, 2010-cu ildə Təhsil Nazirliyi tərəfindən müvafiq sənədin hazırlanması üçün işlərə başlanmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadi İnkişaf, Gənclər və İdman nazirliklərinin və TQDK-nın nümayəndələrindən ibarət İşçi Qrupu yaradılaraq Milli Kvalifikasiyalar Çərçivələrinin  hazırlanması istiqamətində işlər görülmüşdür. Hazırlanmış sənəd Avropa Şurasına ekspertizaya göndərilmiş və AŞ tərəfindən müəyyən qeydlər və düzəlişlər edilmişdir. Sənədin yaxın gələcəkdə Azərbaycan hökuməti tərəfindən qəbul olunması gözlənilir.

Sonra Avropa Şurasının nümayəndəsi Katia Dolqova-Dreyer "Avropa ali təhsil məkanında kvalifikasiya çərçivələrinin rolu" mövzusunda təqdimatla çıxış etdi. Katia Dreyer beynəlxalq seminarın önəmini vurğulayaraq qeyd etdi ki, seminar həm Milli Kvalifikasiya Çərçivəsi haqqında, həm də digər ölkələrdə Milli Kvalifikasiya Çərçivələrinin sistem və institusional səviyyədə tətbiqi ilə bağlı ətraflı məlumat almağa imkan verir.

Dünya Bankının eksperti Olav Aarnanın "Ömürboyu Təhsil üzrə Azərbaycanın Milli Kvalifikasiyalar Çərçivəsinin hazırlanması və tətbiqi" mövzusunda  təqdimatı dinlənildi.

Çıxışlardan sonra seminar işçi qruplarında işini davam etdirdi, müvafiq müzakirələr aparıldı.

Beynəlxalq seminar işini iyunun 6-da başa çatdırdı. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov