Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

8 İyun 2012 - №22

 

Fransanın "Audensiya Nant Menecment" məktəbində "Azərbaycan günü" keçirilib

 

ARDNŞ-nin Təqaüd Proqramı çərçivəsində xarici ölkələrdə təhsil alan tələbələr tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və oxuduqları ali təhsil müəssisəsində Azərbaycana həsr olunmuş müxtəlif tədbirlər keçirmələri artıq ənənə halı almışdır.

Şirkətin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Fransanın "Audensiya Nant Menecment" məktəbində təqaüdçü Kənan Məmmədli "Azərbaycan günü" təşkil etmişdir. Tədbirdə dünyanın 30 ölkəsini təmsil edən tələbələr, habelə məktəbin müəllimləri iştirak etmişlər. Mərasim iştirakçılarına Azərbaycanın tarixi, iqtisadi inkişafı, ölkədə həyata keçirilən neft-qaz siyasəti, qazanılan uğurlar haqqında məlumat verilmişdir. Azərbaycanda həyata keçirilən layihələr və "Eurovision- 2012" mahnı müsabiqəsini əks etdirən müxtəlif videomateriallar nümayiş etdirilmişdir.

K.Məmmədli Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermiş, qonaqların bu mövzuda suallarını cavablandırmışdır. Tədbirin ikinci hissəsində mərasim iştirakçılarına Azərbaycan mətbəxinin nümunələri təqdim edilmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov