Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Azərbaycan
Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq
bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq
bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı
tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 27 dekabr tarixli 1941 nömrəli sərəncamının
2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə
QƏRARA ALIRAM:
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart
tarixli 203 nömrəli fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005, № 3, maddə 161, № 12,
maddə 1102; 2007, № 10, maddə 947; 2008, № 11, maddə
970; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2011, №
2, maddə 85) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"də
aşağıdakı dəyişikliklər edilsin:
1.
8.15-ci və 8.24-cü bəndlərdə "dövlət" sözündən əvvəl "yerli
icra hakimiyyəti orqanlarının tabeliyində olan
məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, digər"
sözləri əlavə edilsin.
2.
8.37-ci bənddə "müəssisələri" sözündən sonra "və yerli
icra hakimiyyəti orqanlarının tabeliyində olan
məktəbəqədər təhsil müəssisələri" sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyun 2012-ci il |