Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

8 İyun 2012 - №22

 

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə"
 Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1941 nömrəli sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə  

QƏRARA ALIRAM: 

1. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 685) aşağıdakı dəyişikliklər edilsin:

 1.1. 2.3-cü bənddə hər iki halda "istisna olmaqla" sözlərindən əvvəl "və yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələri" sözləri, "30.2-ci maddəsinin üçüncü cümləsində" sözlərindən sonra "(yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin elmi və pedaqoji şuralarının yaradılması və fəaliyyəti üzrə)," sözləri və "29.0.36-cı" sözlərindən sonra "(yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin texniki vasitələrlə təminatının həyata keçirilməsi üzrə)" sözləri əlavə edilsin;

1.2. 2.8-ci bənddə "mərkəzi" sözündən sonra "və yerli" sözləri əlavə edilsin, həmin bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.9-cu bənd əlavə edilsin:

"2.9. həmin qanunun 29.0.13-cü (yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi üzrə) və 29.0.36-cı (yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin texniki vasitələrlə təminatının həyata keçirilməsi üzrə) maddələrində nəzərdə tutulmuş vəzifələri, o cümlədən 30.2-ci maddəsinin birinci cümləsində (yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi üzrə) və 30.2-ci maddəsinin üçüncü cümləsində (yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin pedaqoji şuralarının yaradılması və fəaliyyəti üzrə) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.".

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. iki ay müddətində məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında nümunəvi əsasnaməni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu fərmandan irəli gələn digər məsələləri həll etsin. 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyun 2012-ci il

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov