Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

1 İyun 2012 - №21

 

Dünya və Avropa çempionatlarının mükafatçısı

 

Məmmədzadə Günay  Vüqar qızı 2000-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 5 yaşından 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbində  şahmatla məşğul olur. 2006-2007-ci illərdə Azərbaycan çempionu və beynəlxalq turnirlərin qalibidir.  O, dəfələrlə dünya və Avropa çempionatlarının mükafatçısıdır. Bakıdakı 6 nömrəli "İntellekt" liseyinin VI sinif  şagirdidir.

 Günay Məmmədzadə özü haqqında bunları əlavə etdi:

-Ailəmizin şahmata olan həvəsi və sevgisi böyükdür. Anam həmişə istəyib ki, mən məşhur şahmatçı olum. 

Yüksək idman nailiyyəti olan uşaqlarla birlikdə çalışıram. Müəllimim yığma komandanın üzvü, beynəlxalq qrossmeyster Rəsul İbrahimovdur. 2005-ci ildən  şahmatla  məşğul oluram.  İlk dəfə 2007-ci ildə Azərbaycan çempionatında səkkizyaşlı qızlar arasında keçirilən yarışda III, IV yeri, 2007-ci ildə isə  Gürcüstanın  Batumi şəhərində keçirilən səkkizyaşlı qızlar arasında Avropa çempionatında III yerə çıxmışam. Həmin ili Türkiyənin Antalya şəhərində keçirilən dünya çempionatında  II yeri tutmuşam. 2008-ci ildə Batumidə keçirilən dünya çempionatında I yerə çıxaraq üçrəngli bayrağımızı zirvəyə qaldırmışam. Həmin ildə Vyetnamın Vunqtau şəhərində  səkkizyaşlı qızlar arasında keçirilən dünya çempionatında  III, 2009-cu ildə isə 10 yaşlı qızlar arasında Türkiyənin Antalya şəhərində keçirilən dünya çempionatında I yerə çıxmışam.  2009 -cu ildə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən "Yaxşıların yaxşısı" nominasiyasının qalibi,  2007, 2008, 2009-cu illərdə Təhsil Nazirliyinin keçirdiyi "İlin ən yaxşı şahmatçısı" nominasiyasında birinci yeri tutmuşam. 2011-ci ildə qadınların Bakı  çempionatında II yerin sahibi, sonralar dəfələrlə Avropa çempionu və beynəlxalq turnirlərin qalibi olmuşam.  Nəhayət, 2012-ci ildə Rumıniyanın  Yası (İassi) şəhərində 36 ölkənin iştirakı ilə keçirilən məktəblilər arasında şahmat üzrə VIII dünya çempionatında  I yerə çıxaraq dünya çempionu adını almışam.

 Rəsul İbrahimov -Yığma komandanın üzvü, beynəlxalq qrossmeyster:

- Günayın digər idmançılardan fərqi daha çox elmli və həmişə şahmata olan həvəsinin çox olmasıdır.  Onun oyun səviyyəsi, ağıllı şəkildə  düşünərək addım atmağı başqa idmançılara nisbətən daha çoxdur. O, digərlərindən öz istedadı ilə də fərqlənir. İdmançının gələcək uğurları da onun öz üzərində müntəzəm çalışması və məqsədinə çatmaq üçün mübarizə aparmasından asılıdır. İdmançı əgər məşqlərə gün ərzində 3 saat vaxt ayırırdısa, kifayət qədər uğur qazandıqdan sonra 6 saat vaxt ayırmalıdır. Bu şəkildə davam etməsə, gələcəkdə onun üçün irəli getmək çox çətin olacaq. Amma mən ümid edirəm ki, Günaya  qazandığı uğurlar stimul verəcək ki, gələcəkdə də o, yüksək yaş qruplarında çempion olub ölkəmizə medallar gətirib bizi sevindirəcək və dünyada  qadınlar  arasında tanınmış şahmatçı olacaq. Hər bir müəllim kimi mən də yetirməmin uğurlarını öz uğurum kimi qiymətləndirirəm.

 Natiq Ələkbərov - 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin direktoru: 

- Günayın əldə etdiyi uğurlarına hamıdan çox mən sevinirəm. Onun bütün yarışlarında iştirak etmiş rəhbər müəllim kimi onu deyə bilərəm ki, Günay Məmmədzadə çox təcrübəli və güclü şahmatçıdır. O, öz yolu, öz oyun tərzi ilə digər idmançılardan fərqlənir. Arzumuz Günayı qadınlar arasında dünya  və  olimpiya çempionu görməkdir.

 Gülşən Orucova - Bakıdakı 6 nömrəli "İntellekt" məktəb-liseyin direktoru:

-Sağlam bədəndə sağlam ruh olur. Bu, həqiqətən belədir. Qeyd etmək istərdim ki, 6 nömrəli məktəb tarix boyu öz idmançıları ilə də tanınıb. Təhsil ocağının məzunları arasında həmişə ölkəmizi beynəlxalq turnirlərdə layiqli təmsil edən idmançılar olub. Belə idmançılardan biri də Günay Məmmədzadədir.  Günay və qardaşı bizim məktəbin şagirdidir. Hər bir şagirdin istənilən sahədəki uğuru məktəbdən və valideyndən asılıdır. Günayın valideynləri  övladlarını müasir dövrün tələblərinə uyğun şəkildə  tərbiyə edir, yetişdirirlər. Günay şahmatla bərabər dərslərini də müvəffəqiyyətlə yerinə yetirir. O, bizim məktəbin fəxridir. Həqiqətən də çox tərbiyəli, bacarıqlı, məktəbin adını ucaldan bir şagirddir.

Arzum və istəyim odur ki, Günayın uğurları bundan sonra daha da artsın və o, şahmat tacını odlar yurdu Azərbaycana gətirsin. 

 

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov