Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

1 İyun 2012 - №21

 

Dünyamız atəş səsindən yox, körpə gülüşündən diksinsin

 

Uşaqlıq illərinə boylananda sanki iliklərimizə, duyğularımıza bir hərarət, bir işıq seli axır... Keçmişimizdə qayğısız uşaqlığımız qalıb, gələcəyimizdə qayğıyla böyüdəcəyimiz uşaqlarımız var...

Uşaqlar bütün insanlığın, bütün bəşəriyyətin gələcəyidir. Sabahımız, davamçımız, sevincimiz uşaqlar! Sizin qayğınızı çəkmək hamımızın borcudur. Bu borcu ləyaqətlə yerinə yetirən cəmiyyət öz gələcəyinə ümid bəsləyə bilər.

Məsum körpə! Dünyanın ən qədim və ən qəddar ağrısı olan müharibə belə sənin baxışlarının bakirəliyinə toz qondura bilməz. Müqəddəslik olan yerdə, natəmizlik hökm sürə bilməz. Sən baxdığın uşaqlığın üfüqlərinin o biri üzündə nələr olub, nələr olacaq, sən hələ bilmirsən. Və bəlkə azad Vətən elə həm də sənin baxışlarının azadlığından, sənin gözlərindəki dərinliyin o məsum sehrindən başlanır?!

Gözəl körpə!

Sənin yaşayacağın zaman güllə səsindən diksinməsin... Sənin zamanının Günəşi səni yetərincə isitsin. Yurd yerlərimiz beşiyin olsun, yaşıl yarpaqların pıçıltısı laylan olsun. Atalı-analı, bacılı-qardaşlı, köklü-köməcli dünyan olsun. Dünyamız atəş səsindən yox, sənin gülüşündən diksinsin. 

Ellada UMUDLU

 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov