Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

1 İyun 2012 - №21

 

"Müstəqil dövlətçilik və milli dəyərlər" mövzusunda elmi konfrans

 

Naxçıvan Dövlət Universitetində "Müstəqil dövlətçilik və milli dəyərlər" mövzusunda elmi konfrans keçirildi. Universitetin rektoru, akademik İsa Həbibbəyli giriş sözü ilə çıxış edərək Azərbaycan xalqının şərəfli keçmişindən, yüksək mənəviyyatından, zəngin milli dəyərlərindən bəhs etdi. Qeyd olundu ki, xalqımız əsrlər boyu ana dilini, milli bayramlarını, adət və ənənələrini qoruyub saxlamış, yaşatmışdır. Bugünkü qloballaşma əsrində dünyada milli varlığımızı təsdiqləmək üçün milli mənliyimizə, xalqımıza məxsus zəngin mənəvi dəyərlərə sahib çıxmalı, onları layiqincə yaşatmalıyıq. Ümummilli lider, azərbaycançılıq ideologiyasının banisi Heydər Əliyevin milli mənəvi dəyərlərin yaşadılması, dünya miqyasında təbliğ edilməsində misilsiz xidmətləri olmuşdur. Ulu öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun muxtar respublikada "Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" 7 fevral 2009-cu il tarixli sərəncamı, dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında 2012-ci ilin "Milli dəyərlər ili" elan edilməsi xalq yaradıcılığının qorunub saxlanılması və inkişaf etdirilməsi, tədqiqi, gənc nəslə milli mənəvi dəyərlərin aşılanması baxımından mühüm əhəmiyyətə malikdir.

Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor, əməkdar müəllim Məmməd Rzayev "Milli ideoloji dəyərlər azərbaycançılıq təlimində" adlı məruzəsində xalqımızın milli dəyərlərinin inkişaf etmiş milli şüur və psixologiyanın, ictimai-siyasi təfəkkürünün, dərin həyat fəlsəfəsinin inikası olduğunu vurğuladı.

Konfransda kitabxanaçılıq kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sədaqət Nemətova "Naxçıvanda Novruz mərasimləri", beynəlxalq münasibətlər kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, dosent Yusif Hüseynov "Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycançılıq məfkurəsi", bəstəkarlıq kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova "Naxçıvan musiqi folkloru", memarlıq kafedrasının əməkdaşı Siddiqə Hacıyeva "Naxçıvan milli memarlıq mədəniyyəti" mövzusunda məruzələr etdilər. Məruzələrdə Azərbaycan xalqının qədim adət-ənənələri, müxtəlif milli mərasimlər, şifahi və yazılı ədəbiyyatda milli dəyərlərin inikası ilə bağlı yeni elmi qənaətlər səsləndi.

Konfransda Naxçıvan Dövlət Universitetində "Milli dəyərlər ili" ilə bağlı müxtəlif maraqlı tədbirlərın keçirilməsindən danışıldı, görüləcək işlər müzakirə olundu.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov