Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 May 2012 - №20

 

AMİ-də Respublika gününə həsr olunan tədbir keçirildi

 

Mayın 24-də Azərbaycan Müəllimlər İnstitutunda 28 May - Respublika Gününə həsr edilmiş tədbir keçirildi.

Tədbiri giriş sözü ilə institutun rektoru, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı açaraq bizim müstəqil dövlətləri kimi yaşamağımız üçün ötən əsrin 20-ci illərindən indiyə qədər Azərbaycanın keçdiyi tarixi yolun ölkəmizin bugünkü müstəqilliyinin əsasını yaratdığını bildirdi. Qeyd etdi ki, elə bu baxımdan biz heç vaxt tariximizə xor baxmamalıyıq, onu hər zaman qiymətləndirməliyik. Çünki tariximiz zəngin olduğu qədər də çox əzab-əziyyətli tarixdir. Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. Tariximizin hər bir səhifəsi bizim üçün çox qiymətlidir. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan Demokratik Respublikası müsəlman Şərqində ilk parlamentli respublika olmuşdur. ADR türk və islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət hesab edilir.

Azərbaycan Demokratik Respublikası milliyyətindən, dinindən, dilindən asılı olmayaraq öz sərhədlərinin daxilində yaşayan vətəndaşların hüquqlarının təminatçısı kimi çıxış edir, bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradacağını elan edirdi.

ADR mövcud olduğu 23 ay müddətində milli təhsilin inkişafı üçün böyük işlər görmüş, mühüm islahatlar həyata keçirmişdir. Azərbaycan hökuməti ilk günlərdən başlayaraq milli kadrların hazırlanmasına, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusilə əhəmiyyət verirdi. Xalq Maarif Nazirliyinin təhsil sahəsində həyata keçirdiyi ilk və ən mühüm tədbirlərdən biri məktəblərin milliləşdirilməsi oldu. 

Rektor bildirdi ki, bu gün tarixin ağır sınaqlarından çıxmış respublikamız özünəməxsus inkişaf yolu ilə gedir. Bu inkişafın təməl daşları ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimiz  dahi şəxsiyyətin Azərbaycan xalqına ən böyük töhfəsidir. İndi Azərbaycan Respublikasının hər bir vətəndaşının borcu ulu öndərin şah əsəri olan Azərbaycanı qorumaq və daha da inkişaf etdirməkdir.

Sonra Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının professoru Təyyar Cavadov geniş məruzə ilə çıxış etdi. Natiq çıxışında Azərbaycan xalqının öz istiqlalını əldə etməsinin ədəbi mühitdə də geniş canlanmaya səbəb olduğunu bildirdi. Professor qeyd etdi ki, şair və yazıçılarımızın yaradıcılığında vətənpərvərlik ruhu güclənirdi və istiqlal uğrunda mübarizəni özündə əks etdirən əsərlər yaranırdı.

Tədbirdə institutun xarici dillər kafedrasının 303-cü qrup tələbələri ilə hazırladığı bədii  kompozisiya böyük maraqla qarşılandı.  

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov