Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 May 2012 - №20

 

20 nömrəli məktəb-liseydə Distant Təhsil Mərkəzi açılıb

 

Mayın 23-də Bakıdakı 20 nömrəli məktəb-liseydə Distant Təhsil Mərkəzinin açılış mərasimi oldu. Tədbirdə həmçinin www.mesafedenmekteb.edu.az  İnternet portalının da təqdimatı keçirildi.

Qeyd edək ki, "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən "Elektron Təlimləndirən Sistemlər" layihəsinin əsas komponentlərindən biri olan Distant Təhsil Mərkəzi xüsusi qayğıya ehtiyacı olan şagirdlərin distant tədris metodları vasitəsilə orta təhsilini təmin edir. "Elektron Təlimləndirən Sistemlər" layihəsinin əsas məqsədi evdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqların distant təhsilə cəlb edilməklə cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək, təhsil almaq imkanlarını yaxşılaşdırmaq və bununla yanaşı, kompüter, elektron resurslardan istifadə bacarıqlarının artırılması və İnternetə çıxış imkanlarının yaradılmasıdır.

Layihə çərçivəsində 30 şagird və 7 müəllim heyəti "Apple" şirkətinin istehsalı olan Macbook noutbukları ilə təchiz olunmuş, şagirdlərin evləri Azərbaycan Təhsil Şəbəkəsinə qoşularaq yüksək sürətli İnternet bağlantısı ilə təmin edilmişdir. Şagirdlərin dərs prosesinin idarə edilməsi məqsədi ilə 20 nömrəli məktəb-liseyin seçilmiş sinif otaqları yüksək sürətli fiberoptik İnternet və İntranet bağlantıları ilə təchiz olunmuşdur. "Elektron Təlimləndirən Sistemlər" təlim vəsaiti əsasında təlimçi heyəti hazırlanmış, həmin təlimçilər xüsusi qayğıya ehtiyacı olan məktəbyaşlı uşaqlar üçün məsafədən təhsil vasitəsi ilə təlimlər təşkil etmişlər. Eyni zamanda belə uşaqların distant təhsilinin icrasını təmin etmək məqsədilə müəllimlər, şagirdlər və valideynlər üçün İKT avadanlıqlarından və texniki vasitələrdən istifadəyə dair metodik vəsait hazırlanmışdır.

Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatı Kamilə Əliyeva, ali məktəblərin rektorları, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları, mərkəzin əməkdaşları, KİV təmsilçiləri və digər qonaqlar iştirak edirdilər.

Öncə qonaqlar məktəbdə yaradılmış Distant Təhsil Mərkəzi ilə tanış oldular və müəllimin məsafədən keçdiyi dərsi müşahidə etdilər.

Sonra  tədbir məktəbin akt zalında davam etdirildi. Açılışdan sonra "Nobel-T" şirkətinin direktoru Salam Əliyev layihə ilə bağlı hesabat xarakterli təqdimatla çıxış etdi. Verilən məlumata görə, növbəti tədris ilində evdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqların distant təhsilə cəlb edilməsi ilə bağlı fəaliyyətlər daha da genişlənəcəkdir. Mərkəzin metodist-eksperti Roza Qasımova www.mesafedenmekteb.edu.az İnternet portalını təqdim etdi.

Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verildi.

Tədbir iştirakçılarını salamlayan nazir bu gün Azərbaycan təhsil sistemində yeni və uğurlu bir addımın atılmasına sevindiyini bildirdi. Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant təhsilə cəlb olunmasının çox böyük əhəmiyyət kəsb etdiyini deyən Misir Mərdanov bu layihənin müsbət cəhətlərindən söz açdı. Layihəni həyata keçirənlərə təşəkkür edən təhsil naziri bunun çox xeyirxah bir iş olduğunu və həmin sahədə fəaliyyəti daha da genişləndirməyin zəruriliyini bildirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsil sahəsinə həmişə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan nazir söylədi ki, məhz bunun nəticəsində indi ölkəmizin bütün regionlarında, xüsusən paytaxtımızda yaxşı məktəblərimiz çoxdur.

Misir Mərdanov çıxışının sonunda layihənin uğurla həyata keçirilməsini arzulayaraq qeyd etdi ki, qarşıda hələ görüləsi işlər çoxdur. Bu işdə hamı fəal iştirak etməlidir, çünki yaxşı nəticə əldə etmək üçün bünövrə möhkəm qoyulmalıdır.

Daha sonra 20 nömrəli məktəb-liseyin direktoru Sabir Məmişov rəhbərlik etdiyi təhsil müəssisəsində İKT-dən tədris prosesində istifadə istiqamətində görülmüş işlərdən və bu sahədə qazanılmış uğurlardan söz açdı.

Valideynlər adından çıxış edən Məlahət Şirinli xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqətə görə təşəkkürünü bildirdi. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov